Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

304 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Əkbəri və minlərlə inqilab şəhidini xatırlamaq...
İnqilabın Ayətullah Xomeyni başda olmaqla İslamçı dəstələr tərəfindən oğurlanmasının ardından "İnqilab Keşikçilərinin" bu yola birgə çıxmış olduqları solçu kəsimə,kommunistlərə, sosyalistlərə qarşı zülmlərini siyasi məhbusun gözündən görmə imkanı verdi bu kitab. İran elə bir coğrafiyadır ki, keçmiş himnlərində deyildiyi kimi "Hər rəngdən,dildən olanlar bir ad, nişan altında birləşib". Kitab çoxmillətli,çox inanclı və eləcədə fərqli fərqli dünyagörüşü və siyasi baxışlara sahib milyonlarla insanın yurdunun qurtuluşu üçün verilən mübarizənin qurbanlarının gözündən inqilabın Evin həbsxanasında olan "müdafiəsini" göstərir. Əkbərin Evin həbsxanasındaki yaşamı,orda şahid olduqları,özünün və eləcə də digər məhkumların məruz qaldıqlarını oxuduqca özümü xəyanətə uğramış sol inqilabçı kəsimdən biri olaraq görür, "beləmi düşünmüşdük biz inqilabı?" sualı səhifələr irəlilədikcə daha sıx sıx beynimdə təkrarlanırdı.
Tahran 1979
Tahran 1979Behrooz Ghamari · Ayrıntı Yayınları · 202030 okunma
·
87 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.