Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

240 syf.
10/10 puan verdi
·
Beğendi
·
31 günde okudu
Mən nadir hallarda hansısa əsəri oxuduqda göz yaşlarına boğulur, uzun müddət təsirindən çıxa bilmirəm. "Haradasan?" kitabı da onlardan biri oldu.. Əsər bir-birini çox sevən gənc cütlük Suzan və Filipin həyatından, münasibətlərindən bəhs olunur. Uşaqlıqdan birlikdə böyüyən cütlük daim bir yerdə olacaqlarına, əsla ayrılmayacaqlarına dair sözlər verirlər, bəs nə dərəcədə sevgilərinə, verdikləri vədlərə sadiq qala bilirlər?? Əsərin təhlilini içimdə bir hüzünlə yazıram... Kaş belə bitməsəydi, kaş Suzan fərqli bir insan olsaydı, kaş ən başından çoxlu səhvlər edib Filipi özündən uzaqlaşdırmayıb xoşbəxt ömür sürsəydilər deyirəm.. Amma nə fayda.. Hər əsər gözəl sonluqla bitmək məcburiyyətində deyil ki.. Suzan nə istədiyini özü də bilməyən, özünü zorla yalnızlığa itələyib, sonra o yalqız hisslərlə baş-başa qalmamaq üçün yeni məcarə axtarışında olan zavallı bir qadın idi. Mən nə onun etdiklərinə, nə düşüncələrinə, nə də dediklərinə haqq qazandıra bildim. Heç sevmədiyim xarakterə sahib idi. Filip də Suzan qədər günahkar idi bir yerdə. Amma onu bu səhvə doğru addımladan kim oldu bəs?? Təbii ki, Suzan.. Öz həyatını da, onun həyatını da məhv etdi... Və geriyə sadəcə yetim bir qız övladı qoyub getdi... Əsər Mark Levi'nin ən çox sevilən əsərlərindən hesab olunur. Bu günə qədər yazıçıdan 3 əsər oxumuşam və hər birini də ayrı-ayrılıqda çox sevdim. Xoş oxumalar..
Haradasan?
Haradasan?Marc Levy · Qanun Nəşriyyatı · 2014659 okunma
·
135 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.