Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

272 syf.
8/10 puan verdi
·
4 günde okudu
“Beni asla bırakma” kitabın baş qəhrəmanı olan Kattynin ən sevdiyi musiqidir.Katty hər dəfə o musiqini dinləyəndə uşağı olmayan qadının öz körpəsinə “beni asla bırakma” dediyini düşünür və özünün heçvaxt ana olmayacağı fikri onu incdir.Bəli,o heçvaxt ana ola bilməyəcək,çünki o bir klondur. Dünyadakı hər hansı bir insanın klonu. Bu klonlar gələcəkdə orqanlarını kiməsə bağışlamaq üçün xüsusi laboratoriyalarda yaradılır və müəyyən yaşa gəldikdə isə başqalarına həyat vermək üçün öz həyatlarından keçməli olurlar. Kitabı oxuyarkən hər biriniz “ başlarına gələcəkləri bilə-bilə niyə üsyan etmirlər” deyə düşünə bilərsiniz. Lakin bir də bu tərəfdən düşünün:doğulduğunuz gündən sosial cəmiyyət və ailəniz tərəfindən sizə öyrədilən bəzi fikirlər bəlkədə başqa bir cəmiyyət üçün sizə edilən bir haqsızlıqdır,amma siz bunu anlamırsınız,çünki ətrafda hamı belə düşünür və siz də onların öyrətdiyi kimi düşünürsünüz. Kitab sanki sizinlə danışır,söhbət edir. Başdan sona o qədər anlaşılan bir dillə yazılıb ki, sanki yazar qarşınızda oturub və sizə həqiqətən olmuş bu hekayəni danışır. Mənim kimi aradakı sıxıcı hissələri ötürən oxuyucu belə bir cümləni ötürmədisə kitabın necə irəlilədiyini siz düşünün. Hərkəsə deyil,eyni tərz kitabları oxuyub fərqlilik axtaran hərkəsə tövsiyə edirəm. Kitablarla qalın
Beni Asla Bırakma
Beni Asla BırakmaKazuo Ishiguro · Yapı Kredi Yayınları · 20217,7bin okunma
·
51 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.