Rapsodidən sonra aşırı bir kitab oxuma istəyi gəldi və hazır pdf'i varkən "evet,dedikden sonra"yı oxumaya başladım. 0 gözlənti içərsindəydim,hətta nə haqqında olduğunu belə bilmirdim. Düşünürəm ki, buna görədə kitabı sevdim. Normalda "second chance" trope'na nifrət etdiyimi deməliyəm. Bu "ara vermək" söhbətinəysə daha bir nifrət edirəm. Kitab da qısaca bununla bağlı idi. Cütlüyümüz evlənir, münasibətlərinin həyəcanın qaçdığını düşünür, ara verir, başqalarıyla olur,sonda isə bir-birlərinə geri dönürlər. Bütün bu olanlar mənə tərs olsa da, içindəki münasibətlərlə bağlı məsləhətləri,xarakterləri çox sevdim. Zaman-zaman gözümü də doldururdu. Bu yaradılan səmimi havaya görə də verdiyim "puan" 8 oldu.