Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

184 syf.
10/10 puan verdi
·
Beğendi
Roverandom - J.R.R. Tolkien Roverandom Yazıçı: J.R.R. Tolkien Janr: Fantastik Səhifə: 184 Qiymət: 84₺ İthaki Yayınları 10/10☆ SpoilerSİZ: Roverandom... bu kitab mənim üçün Tolkien yaradıcılığında, LOTR və Hobbit kitablarından sonra ən sevdiyim Tolkien kitabı oldu. Kitabın mövzusu da çox cəlb edicidir, oxuduqda sizin də diqqətinizi çəkəcəyinə əminəm. Tolkien mirası setində 5 kitab var. Və bu kitablar arasında, çox rahatlıqla sıralama quea bilərəm, ən üstdəki kitab "Roverandom" olacaq! Düşünürəm ki, bu kitab fantastik janrda oxumağa başlamaq üçün ideal seçimdir. Hətta janrına fikir vermədən dərhal oxumağa başlaya bilərsiniz. Əminəm ki, bəyənəcəksiniz. Xüsusən də xəyal gücü geniş olanlar, ya da xəyal gücünü inkişaf etdirmək istəyənlər. Ümumiyyətlə xəyal gücü üçün Tolkienə müraciət edin :D həmçinin Neil Gaimanın da mükəmməl xəyal gücü var. Siyahıya Jül Vern, George Orwell, J.K. Rowling və s. əlavə etmək olar. Spoilersiz mövzu: Bir gün bir sehrbaz Rover adlı iti oyuncağa çevirir. Rover artıq sadəcə insanlar baxmayanda və qaranlıqda hərəkət edə bilir. Və beləliklə, özünü yenidən əvvəlki halına qaytarmaq uğrunda macəraları başlayır. SpoilerLİ: Rover adlı it bir sehrbazı əsəbiləşdirir və sehrbaz onu oyuncaq itə çevirir. Oyuncaq mağazası o iti tapıb mağazaya gətirir və bir qadın öz oğluna o iti alır. Daha sonra isə oğlan sahilin kənarında it cibindəykən (cibinə yerləşəcək qədər kiçilmişdi!) oynayanda oyuncaq it yerə düşür və oğlan bir daha iti tapa bilmir. Daha sonra bir sıra macəralardan sonra iti ayda yaşayan 'aydakı adam'ın yanına gətirirlər :) burda da Rover adlı it olur. Bura qədər baş verənlər hələ kitabın demək olar ki, yarısıdır :) yəni daha sonra, daha fantastik hadisələr baş verir. Həyəcan dolu. Siz kəşf edin! Xoş mütaliələr
Roverandom
Roverandom
J. R. R. Tolkien
J. R. R. Tolkien
Roverandom
RoverandomJ. R. R. Tolkien · İthaki Yayınları · 20172,464 okunma
·
166 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.