Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Bundan sonra keder meder kalmayacak bende. Çünkü yalnız arzu ile başıboşluk dertlendirir insanı.
··
50 görüntüleme
Guliyeva Dunya okurunun profil resmi
Uşaq vaxtı var olduğumun fərqinə varmaq üçün əllərimi uzağa çəkib onlara baxardım. Əllər varlığın təcəssümü idi həmişə mənim üçün. Çünki onlar fiziki başqa varlıqlara toxuna bilirlər və onların varlığını bununla bizə hiss etdirə bilirlər. Bir dəfəsində varlığımdan şübhə duyub əllərimlə toxunduğum bir şeyi hiss eləmədiyim olmuşdu. O an əllərin önəminin və bədənimizə ötürdüyü hislərin mənəvi ruh halımızla nə qədər uyğun olduğunun fərqinə varmışdım. Ən azından bu mənim üçün belə idi. Bir şeyləri hiss edə bilmək müdhiş bir şeydi, hiss etmək isə ayrı bir mövzudu, bu özü transa keçməkdi. Ona görə də sadəcə varlığımın yox olmağını istəyərdim. Sadəcə hiss etmək və bunun uzun müddət enerjisini bədənimdə hiss etmək üçün. İnsan "var olduqca" hisləri dayazlaşır. Varlıq özü özündə həyat olaraq tələbləri ortaya qoyur. Yoxluqda isə dərin bir şey yoxdu. Hər şey o no ortada və boşdur. Ortada və boş olmaq istəyirəm. Kimsə varlığımı hiss etməsin, amma boşluğumu da duyub məni hiss etsin istəyirəm. Ümumən, yox olmaq və yaşamaq istəyirəm.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.