Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

131 syf.
10/10 puan verdi
Paul Austerli günlərim..
Kitab avtobioqrafik roman tərzindədi. Paul Auster sevdiyim yazıçılardandı, daha öncə oxuduğum romanlarında hiss elədiyim o bədbinliyin səbəbini açıqlayır bizə bu kitabında. 12-13 yaşından 30lu yaşlara qədər olan ömrünü danışır. Pul qazanmağa, bir işə bağlı qalıb, maaşın pulun əsirinə çevrilməmək üçün açdığı üsyan bayrağından danışır. Kitab hər cümləsi ilə realdı. Müəllif ara-ara kimliyinə, inandıqları və uğruna mübarizə apardıqlarına dair çox xüsusi xatirələrini bizlə paylaşır. Qəribə ömür olub onunki. Columbia Universitetindən Paris küçələrində qəpik-quruşla yaşamaqdan tut, gəmidə yer silməyə qədər. Enişi-çıxışı olan həyata pəncərə açdım. Özümdən, yaşadıqlarımdan, yaşamaq istədiklərimdən hissələr danışdı mənə Auster. Ədəbiyyatın edə bildiyi ən gözəl şeyi bir də yaşadım beləcə: Yaşamadığım həyatı onunla birgə yaşamış oldum. Ömrünün daha bir 30 ili haqqında yazmağa davam edib 800 səhifəlik kitab qoysa ortalığa, onu da məmnuniyyətlə oxuyaram. Paul Auster olduğum və daha da artığı olma potensialını daşıdığım yalquzaqlığımın canlı halıdı. İki dost, söhbət eləmiş olduq sanki. O, danışdı, mən dinlədim.
Cebi Delik
Cebi DelikPaul Auster · Can Yayınları · 2019399 okunma
·
125 görüntüleme
İnci Zadə okurunun profil resmi
Diqqətimi çox çəkən yazıçıdır, amma hələ şeytanın ayağını qırıb hansısa əsərinə başlaya bilməmişəm :/
Hamid Babayev okurunun profil resmi
Çox sevirəm bu adamı. Bu kitabını oxumağa dəyər, özü ilə çoc səmimi üzləşib kitabda. "The Invention of Solitude"unu da bəyənirəm mən. Çox kitab yazıb, vaxt çatdırdıqca oxumaq lazımdı.
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.