Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

10/10 puan verdi
·
Beğendi
İcmal
Kitabın həddindən artıq məşhur olmasına görə o qədər də dərin olmaz deyə düşünürdüm. Təbii ki, hər insan kimi psixoloqların da bəzi önmühakimələri var. Mən də adətən məşhur olan şeyləri qəbul etməkdə dirənirəm. Kinolara da bəlkə də buna görə marağım yoxdur. Gələk sözümün “Mustafa”sına. Mən də müəllifin digər əsərlərindən bəzilərini oxusam da , “Cinayət və Cəza”nı oxumaqdan boyun qaçırırdım. Bəli, blogu oxuyursunuzsa deməli, bitirmişəm. Dostoyevskinin əsərlərində ən çox bəyəndiyim hissələrdən biri o dövrkü Sankt-Peterburqun şəhər olaraq görünüşü və bunu insanların yaşayışları ilə çox möhtəşəm əlaqələndirməsidir. Bu əsər də elə tərzdə başlayır. Rodion Roskolnikov adlı gənc tələbə şəhərdə sərgərdan dolaşır. Bu zaman hadisələr yavaş-yavaş keçmişə, yəni Roskolnikovun həyatında indiki halına təsir edən məsələlərə gedib çıxır. Adından göründüyü kimi, əsər cinayət hadisəsi ilə bağlıdır. Ancaq dedektiv deyil. Dostoyevski, ilk baxışda baş qəhrəmanının sosial vəziyyətini tam çılpaqlığı ilə göstərməklə bir növ oxucunu baş qəhrəmanının törədəcəyi cinayətə haqq qazandırmağa çalışır. Əsər boyunca “bu adam həqiqətən buna məcbur imiş” dediyim vaxtlar oldu. Ancaq tipik Dostoyevski əsəri kimi, qəhrəmanlarını yerdən yerə vurduğu üçün, bu fikrimdə daimi olaraq qala bilmədim. Bəzən “daha yüngül formada bu cinayəti etsə daha yaxşı olar” dediyim də oldu. Ancaq hər bir halda cinayət cinayətdir. Heç bir halda güzəşt ola bilməz. Roskolnikovun cinayətləri ilə bərabər müəllif fərqli amma cəzalandırılmayan cinayətlərə də işıq tutur. Ancaq o dövrkü Çar Rusiyası dövründə günlərlə yemək tapmayan bir kütlə üçün bu cinayətlər mükafat kimi görünür. Nəticədə nə qədər iyrənc davranışlar olsa da, bunlar hələ də günümüzdə cəzalandırılmadan, daha da leqal şəkildə varlığını davam etdirir. Əsərin cinayətdən sonrakı hissəsində müəllif oxucunu, baş qəhrəmanını, digər personajlarla bərabər, digər cinayətkarları da öz vicdanları ilə cəzalandırır. Əsərdə nəyi bəyəndim; Əsər çox gözəl sorğulama vastisəsidir. Cİnyətkarlar öz vicdanları ilə cəzalanır O dövrki Peterburq İnsan xislətinin ən iyrənc və görməzdən gəldiyimiz tərəflərini açıq-aşkar göstərməsi Əsərdə nəyi bəyənmədim; Hər zamankı kimi bəzi hissələrin aşırı uzun olması Digər talelər haqqında heç bir məlumat yoxdur Kitabı oxumaq üçün səbəb; Özünüzə keyfiyyətli suallar verməyinizə yardım edəcək Görməzdən gəldiyimiz, önmühakimələrlə ətrafımıza belə buraxmadığımız insanların bizə çox böyük dərslər verə biləcəyini hiss edəcəksiniz. İnsanları daha yaxşı anlamanıza yardım edəcək. Bir də təbii ki, Bu bir Dostoyevski Şedevridir. niyə də oxumayaq? Soyuq Peterburq küçələrindən bu qədər, soyuq Anadolu şəhərində görüşənədək. Kitablarla, kitablarda qalın.
Suç ve Ceza
Suç ve CezaFyodor Dostoyevski · Oscar Yayınları · 0159,7bin okunma
·
117 görüntüleme
Türkanə Zeynalova okurunun profil resmi
Bu kitab haqqında bugünə qədər oxuduğum ən verimli açıqlama idi:) 30 yaşıma saxlamışdım bu kitabı oxumağı, amma sizin icmal fikrimi dəyişdi:)
Murad Akifsoy okurunun profil resmi
Mən 30 cu yaşımda oxudum 🙂
Leman Aziz okurunun profil resmi
Əllərinizə sağlıq. Çox gözəl təsvir etmisiniz əsəri. Deyəsən, mən çox tez başlamışam oxumağa🤔
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.