Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

349 syf.
7/10 puan verdi
·
6 günde okudu
Sənə inanıram...
Varis
Varis
yazarın ilk kitabını oxuyuram . Əsər axıcı yazılıb. Oxuyanda sıxılmayacağınız bir əsərdi ,amma bu əsər mənə yeni bir şey qatmadı. Həyatda hər kəsin başına gələ biləcək hadisələr bu əsərdə görmək olar.
Sənə İnanıram
Sənə İnanıram
əsəri, iki obrazın ayrı-ayrılıqda həyatından danışır . Uşaqlıqdan dostluq edən Gündüz və Həmiddən. ●Gündüz rəssamdır. Gündüzü lazımınca qiymətləndirmillər. Gündüzün rəssamlıq barəsindəki ümidləri həmişə böyük olub ,amma maddi vəziyyəti onu ilərləməyə qoymayıb . Gözünü xəstəxanada açan Gündüz ,böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrənir. Doğma bacısı və qardaşı böyrəyini ona verməkdən imtina etsələr də ,onu xilas edən insan ,həmişə şikayət etdiyi insan olur . ●Həmid, Rusiyada işləyən bir biznesmen olur .Bekar gəzən Həmidi, anası evləndirmək istəyir. Azərbaycana gələn Həmid,Səbinə adlı qızı bəyənir .Toy hazırlıqları başlayır ,amma toy günü Həmid evlənməkdən boyun qaçırır.Bunu öyrənən anası, o gündən sonra Həmidlə əlaqəsini kəsir. Əminə adlı qıza vurulan Həmid, onunla evlənsə də ,bir müddət sonra ona şübhə bəsləyir. Əminəyə görə Həmidin həyatında istənməyən hadisələr baş verir,amma Həmidin dilində həmişə "Sənə inanıram" olur. Oxumağa dəyər. Xoş oxumalar
Sənə İnanıram
Sənə İnanıramVaris · Qanun Nəşriyyatı · 2010360 okunma
·
1 artı 1'leme
·
91 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.