Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

176 syf.
4/10 puan verdi
·
13 günde okudu
İkigai-həyatın mənası, yaşamaq üçün olan səbəblərimiz, özünütəsdiq və yaşamaq motivasiyası , yaşadığını dərk etmə hissi. Bəli bu kitab mənə bunların sadəcə müəyyən bir hisssini dərk etməyə və müəyyənləşdirməyə kömək etdi. Məni düşünmədiyim suallar üzərində düşünməyə vadar etdi. Əsasən də gün ərzində başıma gəlmiş 3 ən gözəl hadisəni müəyyənləşdirmək, indi həyatımda hər gün özümdən soruşduğum bir suala çevrilib. Bu gün nə yaşadım axı, başıma hansı gözəl hadisələr gəldi? Bəzən nə yaşadığımızın fərqinə varmadan yaşayıb gedirik, nə üçün yaşadığımızı unuduruq. Lakin bu kitab mənə yeni bir şey çox da qatmadı. Kitabın çox hissəsi yazmaq üçün ayrılmışdı. Sadəcə içimdə olan mənliyimi üzə çıxarmağa kömək etdi ki, zatən kitabın da məqsədi o idi.
İkigai
İkigaiBettina Lemke · 20201,676 okunma
·
270 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.