Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

600 syf.
·
Puan vermedi
·
14 günde okudu
Ah Cenet, mənim "çirkin", qürurlu, dəcəl qızım.. nə üçün çirkin sözünü dırnaq içinə aldım? Yazıçı onu hər nə qədər çirkin kimi qələmə versə də, onun xüsusiyyətləri mənim gözümdə onu çox gözəl bir qadın kimi göstərirdi. Bir də ki, gözəllik nisbi anlayış deyil? Bəlkə qarşıma çıxsa, mən onu gözəl sayacam. Yox, Miss Bronte, onun çirkin olması barədə məni qane etmədiz. Bronte demişkən, o dövrlərdə qadın kimi yazıçılıqla məşğul olmaq yuxarıdan aşağıya baxılacaq bir şey imiş. Onları yazar kimi hesaba qatmırdılar. Qadınları aşağı görürdülər. Odur ki, Charlotte Bronte özünün əsl adını gizlədərək kişi adı ilə əsərlərini çap etdirirmiş. Ona görə də əsərin əvvəlindəki ön sözündə o, imza olaraq özünü bu cür təqdim edir: Karrer Bell. Bunları məncə bu əsəri oxuyan hər kəs bilir, sadəcə iki cümlə ilə qeyd etmək istədim mən də. Əsərə gəlincə, təbiət aşiqi olaraq mən təbiət təsvirlərini oxuyarkən o qədər özümü qapdırırdım ki ora. O dərəcədə canlı təsvirlər vardı ki, sanki həqiqətən orda imişəm, sanki həqiqətən təbiətin qoynunda imişəm kimi qışın soyuğunu hiss edir, baharın isti nəfəsini duyurdum. Jane kimi üşüyür, onun kimi həzz alırdım təbiətdən. Əsərdə obrazların kitablara marağının qeyd olunması da gözümdən qaçmadı, çox incə nöqtəyə toxunulub məncə. Uşaqlıqdan onun kitablara marağı onu şəxsiyyət kimi daha da formalaşdırıb. Kitabın arxa fonunda xristianlığa da yer verilir, bir din kimi. Insani keyfiyyətlər, əxlaqi davranışlar, şükür etmək duyğusu, qane olmaq və s.  Jane Eyre oxuduqca mənə çalıkuşu Fəridəni xatırladırdı. Ata-anasının vəfatı, qohum evində böyüməsi, yatılı məktəbdə oxuması, Rochestere aşiq olması lakin onun evli olduğunu öyrənməsi, ondan uzaqlaşıb evdən qaçaraq ucqar yerlərdə müəllim kimi işləməsi, amma sonda yenidən onunla qovuşması və s. Təbii ki, qohum evində pis rəftar edilməsi, Rochesterin onun qohumu olmaması, onun başına gələnlər və s. bunlar oxşarlıq təşkil etmir. Hə, xarakter olaraq da bu iki obraz bir birinə bənzəyirdi: inadkar, əzmkar, mərhəmətli. Bir şeydə fərqlənirdi, o da, Fəridə kimi gözəl olmaması, ki, mən buna öz yanaşmamı zatən dedim. Məncə, yazıçı qadınlara, özünə qarşı edilən ayırımçılığa yaratdığı Jane obrazı ilə qarşı çıxmışdı. Rochestere gəlincə, ona başda o qədər qıcıq olmuşdum ki, buna rəğmən Jane ilə olan münasibətləri, dialoqları çox xoş təsir edirdi. Özümü 70/80ci illərin filmini izləyirmiş kimi hiss edirdim. Zamanla Rochesterin soyuqluğuna öyrəşdim. Və sevməyə başladım, amma ədəbiyyat tarixində mənə görə yadda qalan kişi obrazımı oldu, mübahisəlidir. Jane'e qarşı sevgisi isə danılmaz və təqdirə layiqdir. Sevən ürək harda olsa da bir-birini izləyir, və bir-birinə məxsus iki qəlb heç vaxt ayrılmır, ne olur olsun. Ən sonda bunu anlamış oldum. Bəzən romantik, bəzən coşqulu olan bu kitabda hər kəsin Jane'den öyrənəcəyi şeylər olacaq məncə.
Ceyn Eyr
Ceyn EyrCharlotte Brontë · Qanun Nəşriyyatı və Əli və Nino Nəşriyyatı · 201331,2bin okunma
·
112 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.