Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

344 syf.
10/10 puan verdi
·
Beğendi
Şizofreniya xəstəliyi barədə hərkəsin az çox məlumatı var deyə düşünürəm. Olmayanlar da araşdırıb öyrənərsə,çox faydalı olar. Şizofreniya bir növ psixoloji xəstəlikdi. Əlamətləri xəstəliyin ağırlıq dərəcəsinə görə dəyişə bilir. Bu xəstəlik haqqında oxuduğum məlumatlar, izlədiyim filmlər,videolar var. Xəstəliklə maraqlanmağıma isə bu əsər səbəb oldu. Xəstəliklər və psixologiya barədə müzakirə aparılırdı və bu kitab orada tövsiyyə edilmişdi. Diqqətimi cəlb etdiyinə görə oxumağa qərar verdim. Kitabda hadisələr çox axıcı şəkildə davam edir. Giriş hissəsinin uğurlu alındığını deyə bilmərəm amma sonrakı hissələri diqqətimi tamamilə özünə cəlb edə bilirdi həmdə maraqlı idi. Əsərin sonunda isə bir sözlə dəhşətə gəldim. Təxminən 2 gün boyunca əsərin təsirindən çıxa bilməmişdim. Daha sonra kitabın gerçək həyat hadisəsini əks etdirdiyini və şizofreniya xəstəliyindən əziyyət çəkən Bendy Vuenə həsr edildiyini öyrənəndə isə gözümdə dəyəri 2 qat artdı.Oxumaq istəyənlərə şiddətlə tövsiyyə edirəm. Təşəkkürlər! P.S : Əsərin müəllifi azərbaycanlı yazıçıdır.
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017480 okunma
·
215 görüntüleme
Legende okurunun profil resmi
Ayda bunu mene demisdin nahaq oxumadim
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.