Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

344 syf.
9/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Kitabı 1 həftədir ki oxuyurdum. O deyirlər ki, əgər bir kitabı oxuyursansa nə onun bitməsini istə nə də bitməməsini istə. Kitabdan oxuduğun müddətdə doya doya həzz al. Fərqi yoxdur ki, bir nəfər bunu bir neçə saata bitirər, sən isə günlərlə, hətta bəlkə bir aya bitirərsən. Əsas odur ki, nə oxuduğunu bil və özünü kitaba elə köklə ki, sanki o xarakterlərin yerindəsən. Gəlin səmimi olaq ki, hər kitaba da köklənmək olmur, kitab səni özünə bağlaya bilmir, hər nə qədər özünü sevdirməyə çalışsa da (yazıçının maraqlı alındırdığını düşündüyü cümlələri ilə) sevmirik ki sevmirik. Amma bu kitab… o qədər inanılmaz və uğurlu bir əsərdir ki, sözlər aciz qalır təsvir etməkdə. Sona yaxınlaşanda heç gözləmədiyim şeylərlə məni təəccüb içində buraxdı. Bir neçə oxuyan dostum bunu təxmin edə bildiyin demişdi, amma bilmirəm mənim üçün marağlı olsun deyə özümü düşünməyə məcbur etmədim deyə mi, yoxsa həqiqətən də novella ilə bitdiyi üçün mü təxmin edə bilmədim?! Bəzi şeylər ağlımdan keçmişdi, amma bu qədəri də yox. Oxuduğlarım içində məni düşünməyə vadar edən kitablardan biri idi, oxuduğum bir an belə fikrim hadisələrdən yayınmadı. Spoiler vermək istəmirəm amma oxuyan peşman olmaz deyə bilərəm :)
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017480 okunma
·
215 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.