Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

180 syf.
7/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Vilhelm Şmid "Toxunmanın gücü barəsində" əsərində deyir ki, icazəsiz toxunmaq qədər heç toxunmamaq özü də bir bullinq çeşididir. Əsərimizin adsız baş qəhrəmanının yaşadığı çeşiddə bir bullinq. Bu əsər, həyat yoldaşından fiziki və mənəvi toxunma gözləyən, hər an zarıyan anasının mənfi enerjisi altında böyümüş, bir tərəfdən də zirzəmidə ölmüş atasının son anında köməyinə getmədiyi üçün vicdan əzabına qalib gələ bilməyən baş qəhrəmanımızın səssiz çığırtısıdır. Çox sadə bir dildə yazılmış və Azərbaycan dilinə də çox uğurlu tərcümə edilmiş əsərdə bir evdar qadının və onun yaxın çevrəsinin ailə-məişət problemlərini, travma və dərdlərini çox yaxından hiss edirik. Əsəri oxuduqca mütləq ki, qəhrəmanlardan bəzilərinə empatiya, bəzilərinə də antipatiya hissi ilə yanaşacaq, bəzilərində isə eyni özünüzü görəcəksiniz. Amma əminəm ki, nə hadisələrə, nə də kitaba bitərəf qala biləcəksiniz. Elə yazıçının uğuru da bundadır. Bəzi oxucular əsərin daha pozitiv, qəhrəmanın "quşunun" azad olduğu bir sonluqla bitməsinin daha yaxşı ola biləcəyi fikrinə qapılırlar. Ancaq yazıçının özünün də dediyi kimi – "özgürlük bir anda olan bir şey deyil", bu bir prossesdir, qəhrəmanımız ən azından artıq ilk və ən çətin addımı atıb – travmalarına və səbəblərinə qarşı artıq agahdır. Necə deyərlər, xəstəliyi müalicə etməyin ilk addımı onu tapıb ortaya çıxarmaqdır.
Zirzəmi Quşu
Zirzəmi QuşuFeriba Vefi · Parlaq İmzalar · 2002143 okunma
·
86 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.