Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

464 syf.
7/10 puan verdi
·
5 günde okudu
İş Hayatı
Kitabı oxuyub bitirdim.Kitab mənə nələr öyrətdi Deməli, ilk öncə 80/20 prinsipi ( bu bölməyə səhifə 100də baxa bilərsiniz).Hansı ki, 20 faizlik mənbə problemlərinizin və uğursuzluqlarınızın 80 faizini təşkil edir,bu müştərilərdən qurtulmaq,bu müştərilər sizə ayda sadəcə 1.3 faiz gəlir gətirir.Sadəcə 20 faiz mənbə sizin arzuolunan uğurlarınızın və xoşbəxtliyinizin 80 faizini təşkil edir,bu o deməkdirki, 20 faiz müştəri sizin aylıq qazancınızın 80 faizini təşkil edir,bu müştərilərlə dəvam edin. Sonra, Eyni anda bir neçə işlə məşğul olmamaq.Ən vacib 2 işi vacibliyinə görə siyahıya alın. Sonra,Cədvəl tutun və vaxt təyin edin.İstənilən işin həlli üçün minimum vaxt təyin edin.Faydasını görəcəksiniz.Beyniniz sizi həmən müəyyən etdiyiniz vaxt ərzində işi təhvil verməyə yönəldəcək. Sonra,Ehtiyac olmadığı halda müxtəlifliyə can atmayın. Sonra,Sadə həyat tərzinə üstünlük verin.Lazımsız xərclərdən və lazımsız əşyalardan qurtulun. Yaşamaq hər daim öyrənmək deməkdir,mükəmməlliyə can atmayın,səhvləriniz üzərindən öyrənin. Vəəə kitabda ən çox bəhs edilən fikir səyahət fikridir.Səyahət planlarınızı təqaüd yaşınıza saxlamayın,və səyahət üçün sizə milyonlar lazım deyil,illik gəlirinizdən lazımsız xərcləri çıxsanız,hər il ən azında bir ölkə gəzməyə yetərincə imkanınız olar. Son olaraq aktiv gəlir əldə etməyin yollarından bəhs edilir. Kitabda mənə sıxıcı gələn hissələrdə oldu.Lakin ümumi götürsək,faydalı və işimdə tətbiq edəcəyim məlumatlar öyrəndim.
4 Saatlıq İş Həftəsi
4 Saatlıq İş HəftəsiTimothy Ferriss · Qanun Nəşriyyatı · 202174 okunma
·
82 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.