Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

376 syf.
10/10 puan verdi
·
6 günde okudu
Bu şəhərdə kimsə yoxdur?
Bir kitabında belə sonuna gəldik. Yazarın qələmindən oxuduğum ilk kitabdır. Kitab məndə dərin bir iz qoydu. Əminəmki oxuyan hər bir gənc bu kitabda özünü görəcək.Baş obrazlar Villi və Vissamdı. Elə həyatdada insanlar iki yerə ayrılır Villilər və Visamlar.....Bu şəhərdə kimsə yoxdur! Bizi anlayan dərdimizi bölüşəcəyimiz kimsə yoxdur. Kimisi Villi kimi özünə qapanır dərtlər onu tükətir, kimisi Visam kimi hərşeyə rəğmən gülümsəyir. Eyni zamanda əsərdə valideyn övlad münasibətidə çox yaxşı gösdərilib. Bəzən valideynlərimizin hərəkətləri aldığı qərarlar bizlərə zidd olur. Və valideyn bunu övlada açıqlamaq başa salmaq yerinə,övladını da anlamaq yerinə bildiklərini edir. Nəticədə övlada qalan travma, valideynə qalan isə peşmançılıq olur. O qədər gözəl çatdırılıb ki bunlar oxuduqca insanın gözü dolur. Ağlamamaq üçün özümü güclə tuturdum. Yazar elə bir mövzu seçib ki , hərkəsin ortaq dərdi, hərkəsin yaralı yeridir. Buna görədə inanmıram ki oxuyub bəyənməyən olsun. Bəzi hissələr düzdü insanı yorurdu. Lazımsız hissələr var idi. Sadəcə məlumat olsun deyə verilən kitabda olmasa daha yaxşı olacaq hissələr.Alıntıların gözəlliyinə isə söz ola bilməz. Altından xətt çəkiləsi ifadələr o qədər çox idi ki az qala bütün səhifəni paylaşam>.< Dərtlərimizlə mübarizə aparır güclü görünməyə çalışırıq. Bəlkədə sarıla biləcəyimiz biri, dərtlərimizi bölüşə biləcəyimiz biri yoxdur. Bəs biz? Ehtiyacı olan kiməsə sarılırıqmı? onun dərdini anlayırıqmı? Bəs özümüzü inkişaf etdirməyə, özümüzü toparlamağa çalışırıqmı. Məgər bizdə "bu şəhərdə ki kimsə" deyilikmi? Həqiqətəndə bu şəhərdə kimsə yoxdur?? Qüsursuz kitab yoxdur.! Qüsurlarıyla sevin kitabları. Kitabla qalın! Salamat qalın!
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,683 okunma
·
662 görüntüleme
Kitabsever okurunun profil resmi
Tən yarıya qədər oxuyub, yarım saxlamaq istədiyim kitabı, yarısından sonra "su kimi içmişdim", və son səhifədə isə ağlamışdım. Həyatımın bir parçası olmalı olan kitablardan.🌼💙
Rüqəyya Şükür okurunun profil resmi
Kitabın ortaları mənədə biraz sıxıcı gəldi. Ama ümumi olaraq iz qoyur.... mənimdə həyatımda böyük bir yeri oldu kitabın.
1 sonraki yanıtı göster
Jalə okurunun profil resmi
Kitabı əla incələmisiz 👍 Həqiqətən maraqlı kitabdır)
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.