Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Rüqəyya Şükür

Rüqəyya Şükür
@shukur0vaa
İnsanları sevmirəm mən. Kitabların verdiyi xoşbəxtliyin onda birini belə vermirlər mənə. Həvəskar yazar və şairə Yazdığım şeirləri "iletiler" qismindən oxuya bilərsiniz.. İnst: @hervaxtinizkitab
Medicine faculty
GTK-laboratory diagnosys
Azərbaycan/Gəncə
Gəncə, 10 Ekim 2004
133 okur puanı
Temmuz 2022 tarihinde katıldı
Şu anda okuduğu kitap
Sabitlenmiş gönderi
"SIRF ÖYLE DEMEK İSTEMEMİŞ OLMAN, SöZLERİNİN BENİ YARALAMADIĞI ANLAMINA GELMEZ"
Reklam
Cənnət.
Bilirsən də ay üzlüm, Baxışlar yalan deməz. Milyonlarla baxışım, Bircə səni eyləməz. Necə sevmişəm səni , Sığmayırsan qəlbimə. Qaçıb gedərsən deyə, Bağlamışam könlümə Səsini duyan zaman, İnan keçir həsrətim.. Sənin varlığın mənim, Dünyadakı cənnətim.. ~Rüqəyya Şükür.
Fikir cinayəti ölümlə nəticələnmir.Fikir cinayətinin özü ÖLÜM deməkdir.

Okur Takip Önerileri

Tümünü Gör
Rüqəyya Şükür
Bir kitabı okumaya başladı
1984
1984George Orwell
8.6/10 · 165,3bin okunma
Xocalı
Qanlı bir gecənin qanlı sabahı, Nə fəryadlar asimana ucaldı. Qarabağ yurdumun qara bəxtinə, Xocalı adında bir iz salındı. İlahi, bu necə böyük dərddir ki, Donmuş bədənlərdə yanır ürəklər. Gözdən yaş yox,damla-damla qan axır, Bilmirəm solubdur neçə diləklər.. Cəsədlər buz tutmuş həmən şəhərdə, Havandan da soyuq insanlar vardı. İnsan dedim, ey insanlıq, bağışla, İnsan olsa məsumlara qıyardı? Arzular,xəyallar sönsədə ancaq, İstərəm dünya bu vəhşəti duysun. Yaralı bədənlər sağalar, amma, Yaralı ruhumuz necə unutsun? Dik tut başını sən əziz millətim, Savaşıbsan həm gəncli,həm qocalı. Qoy bu şüar məlhəm olsun yarana, Qanın yerdə qalmadı, sevin Xocalı... ~Rüqəyya Şükür
Reklam
Gedirsən get, birdə geri qayıtma, Biz də qovuşmadan ayrılaq bitsin. Ayrılan bizmiyik təkcə, əzizim, Tanrı hansımızın hayına yetsin? Ölmüş bir eşq qəlbə yükdür, bilirsən, Daşıyır dərdini ruhum çiyində. Tabutlar hər zaman cisim daşımaz, Bəzən xəyallar da olur içində... ~Rüqəyya Şükür.
200 syf.
·
Puan vermedi
·
18 günde okudu
Salam dostlar!Hər vaxtınız kitab! Bu gün sizə gənc yazar Bəhram Əhməd'in "Vorkuta əkizləri" romanından danışacam. Əsər Moskvada yaşayan bir polisin rəisi ilə mübahisəsi sonrası cəza olaraq Vorkutaya göndərilməsi ilə başlayır. Victor İvanov'un gəlməsiylə şəhərdə qətl hadisəsi baş verir. Və sevimli obrazımız qatili tapmaq üçün əlindən gələni edir)) Kitab kifayət qədər axıcıydı.İlk səhifədən oxucunu özünə bağlamağı bacardı Bu cümləni yazarın "Paramneziya" adlı kitabını təhlil edərkəndə işlətmişdim və yenə demək istəyirəm ki, obrazlar kitaba sanki muncuq kimi düzülüb Diana obrazına heç isinə bilmədiyimi və sevmədiyimi düşünürdüm. Ancaq sonda əslində içdən içə sevdiyimin fərqinə vardım Ən sevdiyim obraz Mixayilov oldu. Xüsusi bir səbəbi olmasada obrazla bağ qurmuş kimi hissedirəm. Qatilin kim olduğunu oxuyanda şok keçirdimAğlıma belə gəlməzdi... gözlənilməz sonluq oldu...Eyniylə Paramneziyadakı kimi.. Baş verən bütün hadisələrin bir birini izləməsi, məntiqə uyğunluq möhtəşəm idi. Amma həmişə dediyim kimi heç bir kitab qüsursuz deyildir)) kitabda hərf səhvləri çoxdu. Bəzi hissələrdə obraz adlarında səhvlik olub.Qısaca redaktəsinə diqqət yetirmək lazım idi.Aydındı ki, bunların hər biri nəşriyatın xətasıdı Ancaq yenədə mövzu və sonluq bu xətaların üstünü örtdü Oxuyun, oxutdurun... Hə bidə Paramneziyanıda oxuyun Qüsursuz kitab yoxdur.. Qüsurlarıyla sevin kitabları. Kitabla qalın, salamat qalın!!
Vorkuta Əkizləri
Vorkuta ƏkizləriBəhram Əhməd · Kaspi Nəşriyyatı · 20237 okunma
200 syf.
·
Puan vermedi
·
18 günde okudu
Vorkuta Əkizləri
Vorkuta ƏkizləriBəhram Əhməd
9/10 · 7 okunma
Nə danışsa şeir olur hamısı..
Ona şeir yazmaq fikrinə düşsəm, Yazaraq bitəcək ömrün yarısı. Səsini eşitmək bəs edər bəzən, Nə danışsa şeir olur hamısı.
Rüqəyya Şükür
Rüqəyya Şükür
2023 OKUMA HEDEFİ
37/37 kitap - %100 tamamlandı
37 kitap okudu
37 kitap
8,6bin sayfa
28 inceleme
274 alıntı
Reklam
İnsanlar yoluna tikan salsada, Ümidin tükənib,yarım qalsada, Xəyalın gözündə bir dağ olsada, Əmin ol,sən bunu bacaracaqsan! ~Rüqəyya Şükür
EŞQ DƏRZİSİ.
Hər bir cümlən sevgi deməkmiş məgər, Bu sevgini gözlərində ölçmüşəm. Qəlbimə qoyub mən həmin o eşqi, İlmək-ilmək, parça-parça tikmişəm. Bircə sən sevəsən inan ömrümə, Calaq da edərəm, tikib o eşqi. Yanımda sən olsan sığdıraram mən, Bir qarış qəlbimə, bir ömür sevgi...© ©Rüqəyya Şükür.
Ey vətən, sən necə səxavətlisən, Vüsalı olubsan bütün hərkəsin. Diqqətlə dinlə bir eşidirsənmi? Qarabağ deyəndə hicranın səsin. ~Rüqəyya Şükür.
Şəhadət qoxursan vətənim mənim De,üstündə neçə oğul qanı var? Neçə yarım qalmış arzular, Neçə yarım qalmış həyatların var? Vətən, de, niyə belə edirsən? Qoxuna heyran qalan oğullarından Niyə bir nəfəs havanı əsirgəyirsən? Can dedik sənə, canları aldın Bir qarış torpaq üçün can verən kəsdən, Niyə bir nəfəslik havanı aldın? Vətən bumuydu silahın sənin? Bizi dərindən,lap candan vurdun Yox,yox günah elə məndədir Dərdliyəm özümü belə ovutdum.. ~Rüqəyya Şükür
Bir çanta sevgi.
Otursaq bir axşam masa başında, Birlikdə xəyallar quraq səninlə. Bir yuvamız olsun, birdə eşqimiz, Gəzək biz bu eşqin fəsillərində. Sən bircə məni sev, məndə ki səni, Taleyim,qismətim səninlə olsun. Heç kim də girməsin qoy, aramıza, Sevgimiz, tək bizdən ibarət olsun. Mən səni durmadan yazsam da inan, Qələm sevgimizə aciz qalıbdı. Dəftərə yox, qəlbə yazmışam səni, Mürəkkəbim sənlə dolub daşıbdı. Yazıb sevgimizi çantama atsam, O sevgi yük olmaz çiynimə bir an. Olsa da bezmədən daşıyardım mən, Çiynimdə o eşqi inan ki hər an ~Rüqəyya Şükür
1.042 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.