Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

64 syf.
8/10 puan verdi
·
Beğendi
·
20 saatte okudu
"Olalla" kitabı "qotik ədəbiyyat kitabları" siyahısına daxil edilir. Kitabın maraqlı özəlliklərindən biri budur ki, kitabın sonunda yazar heç nəyi yekun etmir. Sanki qələmi anidən yerə düşür və kitab elə oradaca bitir. Baş verən sirli hadisələri isə oxucunun xəyal gücünə buraxır. Əsərdə həmçinin tragik sevgi və vampirliyi xatırladan hadisələr baş verir. Döyüşdə yaralanan gəncin həkimi onu bir kəndə göndərir(müalicə məqsədi ilə). Elə bütün qəribə hadisələr də orada baş verir. Hadisələr gəncin dili ilə nəql olunur. Onu da qeyd edim ki, həmin gənc öz kübarlığı ilə məni valeh etdi. Yazar "Olalla"nı gördüyü bir yuxu əsasında yazıb.(Olalla "Olaya" oxunur). Qısa olsa da, maraqlı, fərqli və axıcıdır.
Olalla
OlallaRobert Louis Stevenson · İş Bankası Kültür Yayınları · 20203,942 okunma
··
168 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.