Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

428 syf.
10/10 puan verdi
·
26 günde okudu
Şüuraltının gücü, psixologiya və insan sintezi
Bir məcarənın da sonuna gəldim. Vulf dornun qələmi çox fərqlidir, bir peşənin insan həyatındakı yerini çox gözəl ifadə edir. Digər əsərlərindən fərqlənir, bəzi səhnələrdə tüklərim biz-biz oldu, mən çox gec bir vaxtda bitirdim və beynimə oturda-oturda oxudum, bununla belə hər oxuduğum kitabda olduğu kimi burda da bəzi hissələri tam anlamamışam. Yetəri qədər həzz aldım, fərqli nüanslarla rastlaşdım, psixologiyanın önəminin bir daha fərqinə vardım. Mövzu haqqında danışmağa ehtiyac olduğunu düşünmürəm, sadəcə, bu kitab sizə fərqli, həyatınızı dəyişəcək heç bir məlumat verməyəcək. Filmə baxmış kimi bir həzz dairəsi yaranacaq. Bundan sonrakı kitablarımda şəxsi inkişaf, fəlsəfi janrlarına daha çox üstünlük vermək istərdim. Bununla belə, kitab oxuma marafonuna iyul ayında davam edəcəm. İmtahan sessiya və hazırlıq öncəsi olduğu üçün. Dostlar, kitab çox fərqli aləmdir, içinə düşməyən anlamır, bilmir, dardır, bir də girəni düşünün, Bu necə bir sehrdir, həzzdir, nemətdir...
Psixiatr
PsixiatrWulf Dorn · Yay Neşriyat · 20189bin okunma
·
242 görüntüleme
Sabina okurunun profil resmi
42 ci bölmədə Laranın başına gələnlər dəhşət idi. Bir də sonda Laraya çox pis oldum.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.