Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

252 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Mərmi ilə özünü, məktubları ilə məni..
Bu kitabı incələmək mənim üçün digərlərinə nisbətən çox fərqli bir duyğudur. Ruhumun uçurum kənarındakı bir qayaya ilişib qalmış, nə yuxarı, nə aşağı uça bilməyən bir quşdan fərqlənmədiyi bu günlərdə oxuduğum bir kitab. Hamsını bir-bir diqqətlə oxudum, Vincenti, bəlkə, tamamilə anladığımı söyləyə bilərəm. Onunla eyni əsrin, eyni ilinin eyni günündə yaşasaydım kaş. Kaş saatımın əqrəbi onunla həmsöhbət olarkən dönsəydi. Ona "səni anlayıram, tək bacardığım budur" demək istərdim. Sənə heç nədə kömək edə bilmərəm, nə maddi, nə də bu ruhunu satmış cəmiyyət qarşısında. Sadəcə dinləmək, anlamaq və Vincent, sən tək deyilsən, sən zənn etdiyin qədər pis ya da dəyərsiz deyilsən, demək istəyirəm .
Vincent Van Gogh
Vincent Van Gogh
,günəbaxanların qədər enerjili, qəlbin qədər zənginsən. Hər sətrindən də açıq-aydın anlamaq olur ki, ruhun tükənib. İnsanların sənə "dəli" diqaqnozu qoyarkən sənin nə qədər ağıllı biri olduğunun bir daha fərqinə vardım. Ah, Vincent, axmaq həkimlər belədir, onlar aydınlaşdıra bilmədikləri ruha sahib insanlara "dəli" deyib dəlixanaya basırlar. Tacirlər də, vara bilmədikləri dərinliyə sahib olduqları əsərlərə yalnızca "pul" olaraq baxırlar. Sənin sənətin, sənin ruhun, sənin mənəviyyatın heç bir ölçü vahidi ilə ölçülməz. Əmin ol ki, indi yaşasa idin belə səndən qabaq bu insanlar sənə sıxardı o mərmini.
Vincent Van Gogh
Vincent Van Gogh
incəsənətə yaraşan "incə" bir insandır. Həm də çox incə. Qulağını niyə kəsmişdi, hansı ruh halı ilə bunu etmişdi onu tam söyləyə bilməyəcəyəm. Bunu söyləyə bilməyən həkimin də diaqnozu "dəli" ola bilərdi ancaq. Oxuduğum bu kitabda Vincent"in qardaşına göndərdiyi məktublar yer alır. Özünü öldürdükdən sonra onun cibindən qardaşı Theo"ya yazdığı məktub tapılır. Xanımı onun qardaşına yazdığı məktubları bir yerə topalayır və çap etdirmək qərarına gəlir. Və yaxşı ki, etdirə bilir. Düşünə bilirsiniz, bunlar sadəcə məktublardır, Vincent oturub kitab yazmağı düşünməyib(kaş etsə idi, möhtəşəm olardı deyə düşünürəm). İncəsənətdə öz sözünü demiş adam,ədəbiyyatda da izin qoyur.. Dəfələrlə oxuya biləcəyim bir kitaba çevrildi.. Vincent, sən möhtəşəmsən! Bunu demək üçün 133 il gecikmişəm, amma səni və sənətini sevirəm.
Theo'ya Mektuplar
Theo'ya MektuplarVincent Van Gogh · Yapı Kredi Yayınları · 20136,2bin okunma
·
1 artı 1'leme
·
604 görüntüleme
Bu yorum görüntülenemiyor
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.