Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

590 syf.
7/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Əsər haqqında çox şey yazmaq olar, belə ki, oxuduqca bir çox hisslərimin təlatümünə səbəb olmağı bacardı. Obrazların bu qədər çoxluğu – hansı ki, heç gözləmədiyiniz bir məqamda həmin obrazlardan biri hər qarşınıza çıxa, onu xatırlmağınız üçün yaddaşınıza və ya kitabın öncəki səhifələrinə müraciət etməyinizə məcbur edə bilər – kitabın xüsusən ilk hissələrində səbr kasanızın dolmasına səbəb ola bilər. Amma obrazların reallığına gəldikdə isə danılmazdır ki, gündəlik həyatda rast gələ bildiyimiz bir çox insanlar sanki bu əsərdə toplanmışdı. Doktor Jivaqo.. Həyat hekayəsini oxuduğum və ən az sevdiyim baş qəhrəman. Ümid edirəm, heç kimin bu cür həyat yoldaşı və atası olmaz. Tonyanın qarşılıqsız, saf, ülvi hisslərinə qarşı sadəcə sanki, uzun müddətli münasibətin doğurduğu məcburi sədaqətlə cavab verən bir həyat yoldaşı.. Hər kəs qarşılıqsız sevgiyə düçar ola bilər, amma insanın qarşılıqsız sevdiyi şəxs həyat yoldaşı olmamalıdır.. O həyat yoldaşı ki, ata olaraq daha laqeyd bir şəxsiyyətə sahib idi. Övladlarının taleyi barədə bu qədər az narahatlıq keçirən bir ata, həm də bu cür çətin dönəmlərdə, aclığın, ölüm-qalım savaşlarının hökm sürdüyü bir zamanda.. Qərarsızlıqlar, qarışıq düşüncələr içərisində çırpınmaqda, öz həyatını çox daha rahat yaşaya bilmək varkən mürəkkəbləşdirməkdə isə Lara obrazı ilə olan bənzərlikləri olduqca aydın görünür.. Əsərdə artıq və əskikliklər, zənnimcə, var idi. Obrazların keçirdiyi hisslər də təbiət təsvirləri qədər mükəmməl və uğurlu təsvir olunsaydı, əsərin təsir gücü bir qədər daha yüksək olardı. Bəzi dialoqlar və monoloqları isə tez-tez rast gəldiyimiz, cahil, amma özünü ağıllı sanan bir çox kimsələr tərəfindən eşitmə ehtimalımız çox böyükdür. Ümumilikdə isə, zaman-zaman bəzi hissələrdə sıxıcı məqamlar olsa da, əsər bu qədər müxtəlif və dolğun hisslər keçirməyimə səbəb olubsa, bu, yazıçının yetərincə uğurlu olduğunu göstərir.
Doktor Jivaqo
Doktor JivaqoBoris Pasternak · Teas Press · 01,062 okunma
·
108 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.