Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

480 syf.
·
Puan vermedi
·
3 günde okudu
Salam dostlar. Həyatımın 30-cu ilində 2023-cü ilin sezon finalına doğru gedərkən, hamınıza bol enerji arzu edirəm. Son zamanlar kitab zövqümdə xeyli dəyişiklik etmişəm. Daha təsirli kitablara yer verirem artıq oxuma siyahısında. Yazsaq öz həyatı da hardasa kitab olacaq kitab rəfiqəm Minoşun tövsiyyəsilə alsam da, oxumaqda ondan qabağa düşdüm. Olduqca axıcı və maraqlı tərzdə yazılmış kitab, məni əməlli başlı içinə aldı. Rose adlı bir qadın öz qızının həyatının təhlükəli vəziyyətdən xilas edərkən, özünü istəmədən başqa mövzuların içində tapır. Uğradığı haqsızlıqda özünü təmizə çıxartmaq üçün verdiyi mübarizəylə yanaşı, evliliyini və analığını da sorğulamağa başlayır. Kitab bir yerdən sonra dedektiv romana dönür. Yazarın bütün kitablarını əldə etməyi düşünürəm. İçinizi isidəcək bir ana-qız mövzulu kitab oxumaq istəyirsizsə bu seçim möhtəşəm olacaq. Hamınıza xoş oxumalar.
Her Şey Kızım İçin
Her Şey Kızım İçinLisa Scottoline · Pegasus Yayınları · 201371 okunma
·
171 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.