Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

22:05
Gəl sənə həqiqətlərdən danışım. Gözlərinə yığıb saxladığın hər şeydən xəbərdaram. Ağrıların dili olmur, ona görə də, 5-ini deyib 15-ini özünə saxlayırsan. Çünki bilirsən ki, səni anlamazlar. Onların “səni anlayıram” cümləsi deyilən ən saxta və səmimiyyətsiz sözüdü. Axı sən səni anlaya bilmirsən, onlar necə anlasın? Heç nə keçməyəcək. Məcburən yaşadıqlarına öyrəşəcəksən. Və inan heç nə yaxşı olmayacaq. Öyrəşmə başladığında hər şey sıradan gələcək. Hər şey daha da betər olacaq. Artıq “hər şey düzəlsin” deyə deyil, işlər daha da pis hala gəlməməsi üçün dua edəcəksən. Dostların? Onlar dost deyil. İlk çətin anında səni tərk edərlər. Hər kəs yolunu səninlə, səndən daha güclü münasibət qurana qədər davam etdirir. Görüşlər, kafelər, içdiyin içkilər, etdiyin küfürlər, “yaxşı ki varsan”lar, o səmimi sözlərin heç biri sənin təkliyi doldurmur və doldurmayacaq da. Hər kəs səndən bir parça qoparmaqçun var. Tanrıya da inanma, düşünmə ki O səni görür və sənə edilən hər şeyin cavabını O verəcək. Düşün ki, tanrı yoxdu və sən özün-özünə tanrılıq etməlisən. Sən bu dünyada tək başınasan. Həyat səndən ən çox sevdiklərini insanlarını alacaq, başda ailən olmaqla. Ona görə də kimsə sonsuza qədər qalacaqmış kimi baxma. Hər kəs ötəridir. Bu insanlar səndən işləri keçənə qədər vardır, işləri bitdiyində sən yoxsan. Alış-veriş dünyasıdı. Vermədən ala bilməzsən. Kimi ətini verər, kimi bədənini, kimi ağlını, kimi ürəyini kimisi də ürəyini verər. Bu insanlar sevgiyə ac yaşayırlar. Bir tikə sevgi üçün hər şeyini verərlər. Sonra o sevgini daddığında rədd olub gedərlər. Almadan verə bilməzsən. Ən sevdiyin insanı torpağa verərsən. Həyat sənə ağrıdan, kədərdən qeyri nə isə verməz. İnan mənə sənə qalan sən olacaqsan. İnsanlara güvənməməyi öyrən. İnamsızlığın və güvənsizliyin zərbə almamaq üçün özünə qalxan et. İnan, heç nə düzəlməyəcək. Hər şey daha da pis olacaq. Sən sadəcə öyrəşəcəksən. İndi hisslərinlə hərəkət edirsən ama gün gələcək, yorulacaqsan və məntiqini işə salacaqsan. Həyat hisslərinlə yaşanılacaq qədər uzun deyil. Əminəm, o mahnılar, bu sosial şəbəkələr olmasaydı ya dəli olardın, ya da intihar edərdin. Dünyanın mərkəzində sən varsan. Hər şey səninçündü. Sənin inkişafın üçündür. Sən bunu görməlisən. Təbiətin qanunu budu; güclülər həyatda qalır. Sən də güclüsən, içindəki gücü kəşf et. Nə bu dünya, nə də ki, dünyadakılara inanma. Mən də dünyadanam, elə mənə də inanma.
·
52 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.