Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Orxan Mammadov

Orxan Mammadov
@OrxanMammad
Biz Müslümanlar, Allah’ın جل جلاله yönetmesini istiyoruz. İnançsızlarsa, Allahı yönetmek!
Azərbaycan
Bakı, 14 Kasım 1996
112 okur puanı
Ocak 2019 tarihinde katıldı
Sabitlenmiş gönderi
''Canını sıkma zorluğun arkası kolaylıktır, Her şeyin bir vakti ve takdiri vardır, Takdir sahibi bizim halimizi biliyor Bizim tedbirimizin üstünde Allah'ın tedbiri vardır.
Sayfa 130Kitabı okudu
Reklam
Oğuz Atay nifrət belə etməyəcək qədər soyumaq hissini belə izah edir: “Onu qəzəbimə layiq görmürəm. Qəzəbim mənə aid olan bir şeydir. Yaxınlıq hiss etmədiyim birinə onu necə göstərim.
Yorğunam hər mənada. Mənçün illərin bir önəmi yoxdu, 2024-cü il 2023’ün 23:59’dan 1 dəqiqə sonrasının davamıdı...

Okur Takip Önerileri

Tümünü Gör
Bəlkə də təklik yeganə duyğudur ki, onu həm çox sevirsən, həm də qurtulmaq üçün sığınacaq liman axtarırsan. Bu gün nə limanım var, nə sığınacağım. Nəysə, bu gün yenə çox təkəm. ;(
Qabarmış kirli saqqalım var. Yaraşmayan gülüşüm var. İçimə axıtdığım göz yaşım var. Kəsik-küsük dodaqlarım var. Darmadağın ruhumdan bir pay qalıb, oda sol yanım...
Reklam
Aziz Nesin
Qucaqlaşmaq niyə gözəldi, bilirsən? Çünki sağ tərəfdə qəlb yoxdu və orası həmişə boşdu. Qucaqlaşdığında sağ tərəfini onun qəlbi doldurur.
Aziz Nesin
Aziz Nesin
Furuğ Ferruhzad
Furuğ Ferruhzad
Hayatta asla bir rehberim olmadı. Kimse beni fikren ve ruhen eğitmedi. Sahip olduğum şeyleri kendim elde ettim, sahip olmadığım şeylere de sahip olabilirdim ama huysuzluklar, kendini bil­mezlikler ve hayatın çıkmaz sokakları onlara ulaşmama izin vermedi.
Furuğ Ferruhzad
Furuğ Ferruhzad
Baxma. 04:51
Baxma insanların gözəlliyinə, özlərini gözəl göstərmələrinə. Yazıçı gör nə gözəl deyib; yollar da gözəldir ancaq altından kanalizasiya axır. Baxma insanlara. Onsuz onlar da sənə baxmaz. Baxmazlar nə yaşadın nə yaşamadın vurub qırarlar. Baxmazlar göz yaşına gülüşündən də yaş axıdarlar. Yaralı gələrlər sağlam gedərlər. Baxmazlar gediklərində yıxılışına. Baxmazlar gözlərinə yığıb saxladığın o keçmişə, danışmadığın sözlərə. İnsanlar kardır kar; dinləməzlər gözlərini. Axı insanlar bəzən dili ilə deyil, gözüylə danışarlar. Hələ o saf ürəyinə heç baxmazlar. Etdiyin bütün yaxşılıqlara peşman olacağına baxmazlar. Yuxusuz gecələrinə, gecələrə insanlar qədər küsdüyünə baxmazlar. Həyatdan incidiyinə baxmazlar. Onlar ilk fürsətdə heçnəyinə baxmadan vurarlar. İtə illərlə qulluq et, söy-döy, bir dəfə sənə qarşı çıxmaz, it çörək verənin tanıyar, qapmaz. Ancaq bir insanı illərlə bəslə, bir gün bəsləmədin deyə pis insan olaraq xatırlanarsan. Baxma insanların xoş sözlərinə, mədəniyyət geyindiklərinə. Bu mədəni insanlar işlər yolunda getmədiyində bir-birilərini yeyərlər. Sənə ehtiyacları var deyə yanında olarlar amma olmadığında yadelli kimi ətraflarından səni çıxararlar. Onların əxlaqı, qanunları pis bir zarafat kimi. İlk problem əlamətində rədd edilərsən. Sən ancaq dünyanın icazə verdiyi qədər yaxşı olarsan.
Artıq insanlar maraqlı gəlmir. Onlarla söhbət etmək, nəyisə bölüşmək istəmirəm. Çünki, söhbətlərin hamısı Necəsən?, Yaxşıyam sən necəsən?, Məndə yaxşıyam deyə başlayıb bitir. Bu artıq heç də cəzb edici gəlmir. Yeni insanlar tanımaq istəmirəm. Hamısının sonu eyni cürdür. Sonuna qədər davam etmir. Sevgilər,dostluqlar. İndi həyatımda olanları 5-10 il sonra görə bilmərəm və buna üzülürəm desəm yalan olar. Gedənləri saxlamaq kimi bir fikrim yoxdu, hətta çoxlarına qapını özüm açıram.
22:05
Gəl sənə həqiqətlərdən danışım. Gözlərinə yığıb saxladığın hər şeydən xəbərdaram. Ağrıların dili olmur, ona görə də, 5-ini deyib 15-ini özünə saxlayırsan. Çünki bilirsən ki, səni anlamazlar. Onların “səni anlayıram” cümləsi deyilən ən saxta və səmimiyyətsiz sözüdü. Axı sən səni anlaya bilmirsən, onlar necə anlasın? Heç nə keçməyəcək. Məcburən
Reklam
Nə cızmasan, nə qara.
Kədərə salam verib keçirəm sətirlərə, Hərdən gizlin gizlin yazıram sənə, Qoxunu tapmaq üçün baş çəkirəm parfumlərə, ətirlərə, Güldükcə daha da batıram qəhərə. Səhərə qədər şeirləşdiyimiz gecələrin bilmədik qədrini, Öz eşqimizlə tikdik eşqin qəbrini, Sınadım sənsizliyin səbrini, yıxdım ayrılığın səddini, Ama nə fayda? Oğurlaşmışdı biriləri qəlbini. Hərdən həvəssiz gəzirəm küçələri, Buralarda əqrəblər durğun, çiçəklər solğun, Gecələri sübh edib açıram səhərləri, Yorulduğumu bilməyəcək qədər yorğun ruhum. İnsan xəstəlikdən ölmür bəzən, İnsan ən çox darıxmaqdan ölür bəzən, Sən də bəzən gəl, Danışaq içək, boş küçələri doldurub gəzək, Bilirəm yoxsa gecələrdən bezənsən. Dedilər ölsə ölümünə gedərsən? Yoxsa sən də ölümünə sevərsən? Dedim ölsə nəfəslərimi göndərərəm Onu təkcə nəfəsimlə dirildə bilərsən.
0:59
görəsən müqəddəs olan insanlar ancaq palçıqdan yarananlar idi? ölümlü birinin yaratdığı nə qədər müqəddəs ola bilər, günahkar insanlar günahsız kiməsə həyat verə bilər? o qədər vaxtdı yazmıram ki, artıq cümlələri də bir-birinə bağlaya bilmirəm..insanları itirməkdən qorxmuram, ilk səhvlərindəcə üzümü çevirib gedirəm. səhvi olan insanların törəməsiyik axı, necə səhvsiz ola bilərik. göz yummağı əvvəl azaltmışdım, indi tərgitmişəm. kiminləsə yeni yaxınlıq qurmaq da maraqlı deyil artıq.. təzə tanış olduğum adamların hamısı zəhləmi tökür. o qədər nifrət doluyam ki, elə bilirəm hamı kibirində boğulur, hamı özündən razıdı. elə bilirəm hamı ancaq özünün xoşbəxtliyini istəyir. ancaq özünün xoşbəxtliyini istəyənlərin dünyasında acığa heç kimə yaxşılıq eləmək istəmirsən.. o qədər özümü dünyanın mərkəzində görürəm ki, xətrim hər şeydən əziz gəlir. adama deyərlər xətrinə dəyir, çəkil, divara dəysin. burda niyə varam, bu yolu niyə gedirəm deyə sorğulamağa başladığım ərəfələrdəyəm yenə. çoxdandı bu dərdlərim yadıma düşmürdü. Kimlərəsə zərər verməkdən çox qorxuram, ona görə də gözümə çöp düşür. pis qapıçılar kimiyəm indi - heç kimə qol vurmuram amma rəqib də gözümün yaşına baxmır. vicdan insanın ən böyük düşmənidi. amma neynəmək olar, pislik eləmədiyin insanın qabağına keçib mənə niyə yaxşılıq eləmədin soruşmaq elə yəqin ki, ona pislik eləməkdi.
Dünya o kadar yeniydi ki pek çok şeyin ismi yoktu ve onları göstermek adına elinizle işaret etmeniz gerekiyordu.
Dağınıq otaq.
Dünən işdən çıxıb evə gəldim, qapını açdım, evə baxdım “evim evim gözəl evim”, otağa keçib stulda əyləşdim. Bir musiqi açdım “dağılmağa hazırlıq”, bir siqaret yandırdım, otağı izlədim. Külək pəncərədən əsir masadakı kitabı əvəzimə vərəqləyirdi, dünəndən qalmış içki şüşələri yerə səpənmişdi, siqareti söndürəcəyim küllük dolmuşdu, masada bir tək yarıya qədər dolu “jager” qalmışdı, dağınıq yatağımsa qarşımda dururdu. İnsanın yaşadığı yer, yaşadığı ev eyni zamanda məzarıymış. O an düşündüm ki, insanın təkliyi üzünə bu qədər sərt şəkildə vurulmamalıdı. Dağınıq yatağı toparlayan kimsə yox, içməyimə əngəl bir səbəb də yox, pəncərəmi bağlayacaq bir nəfər də yox. Bu qədər yoxluq bəs etməz kimi bir də boşluq əzabı. Maraqsızdı. Musiqi bitdi, yenidən dinlədim, sonra yeni bir siqaret yandırdım, sonra təkrar bir daha. Gözlərini düşündüm yoxluğunu xatırladım. Acı-acı gülümsədim. Əsəbləşdim. Əlim jager’ə uzandı, özümə bir bardaq süzdüm, bardağı içki şüşəsiylə sonra gülüşünlə toqquşdurdum. Sonra səninlə danışdım, hə hə səninlə, yenə bir başqa gülürdün, düzü sən təbəssüm edərdin. Maraqlıdı. İnsan insanla danışa bilməyəndə ya özüylə ya da şəkillərlə danışır. Unutdum söyləməyi, bir də masada iki fındıq vardı. 03:33
553 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.