Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Dağınıq otaq.
Dünən işdən çıxıb evə gəldim, qapını açdım, evə baxdım “evim evim gözəl evim”, otağa keçib stulda əyləşdim. Bir musiqi açdım “dağılmağa hazırlıq”, bir siqaret yandırdım, otağı izlədim. Külək pəncərədən əsir masadakı kitabı əvəzimə vərəqləyirdi, dünəndən qalmış içki şüşələri yerə səpənmişdi, siqareti söndürəcəyim küllük dolmuşdu, masada bir tək yarıya qədər dolu “jager” qalmışdı, dağınıq yatağımsa qarşımda dururdu. İnsanın yaşadığı yer, yaşadığı ev eyni zamanda məzarıymış. O an düşündüm ki, insanın təkliyi üzünə bu qədər sərt şəkildə vurulmamalıdı. Dağınıq yatağı toparlayan kimsə yox, içməyimə əngəl bir səbəb də yox, pəncərəmi bağlayacaq bir nəfər də yox. Bu qədər yoxluq bəs etməz kimi bir də boşluq əzabı. Maraqsızdı. Musiqi bitdi, yenidən dinlədim, sonra yeni bir siqaret yandırdım, sonra təkrar bir daha. Gözlərini düşündüm yoxluğunu xatırladım. Acı-acı gülümsədim. Əsəbləşdim. Əlim jager’ə uzandı, özümə bir bardaq süzdüm, bardağı içki şüşəsiylə sonra gülüşünlə toqquşdurdum. Sonra səninlə danışdım, hə hə səninlə, yenə bir başqa gülürdün, düzü sən təbəssüm edərdin. Maraqlıdı. İnsan insanla danışa bilməyəndə ya özüylə ya da şəkillərlə danışır. Unutdum söyləməyi, bir də masada iki fındıq vardı. 03:33
·
38 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.