Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Baxma. 04:51
Baxma insanların gözəlliyinə, özlərini gözəl göstərmələrinə. Yazıçı gör nə gözəl deyib; yollar da gözəldir ancaq altından kanalizasiya axır. Baxma insanlara. Onsuz onlar da sənə baxmaz. Baxmazlar nə yaşadın nə yaşamadın vurub qırarlar. Baxmazlar göz yaşına gülüşündən də yaş axıdarlar. Yaralı gələrlər sağlam gedərlər. Baxmazlar gediklərində yıxılışına. Baxmazlar gözlərinə yığıb saxladığın o keçmişə, danışmadığın sözlərə. İnsanlar kardır kar; dinləməzlər gözlərini. Axı insanlar bəzən dili ilə deyil, gözüylə danışarlar. Hələ o saf ürəyinə heç baxmazlar. Etdiyin bütün yaxşılıqlara peşman olacağına baxmazlar. Yuxusuz gecələrinə, gecələrə insanlar qədər küsdüyünə baxmazlar. Həyatdan incidiyinə baxmazlar. Onlar ilk fürsətdə heçnəyinə baxmadan vurarlar. İtə illərlə qulluq et, söy-döy, bir dəfə sənə qarşı çıxmaz, it çörək verənin tanıyar, qapmaz. Ancaq bir insanı illərlə bəslə, bir gün bəsləmədin deyə pis insan olaraq xatırlanarsan. Baxma insanların xoş sözlərinə, mədəniyyət geyindiklərinə. Bu mədəni insanlar işlər yolunda getmədiyində bir-birilərini yeyərlər. Sənə ehtiyacları var deyə yanında olarlar amma olmadığında yadelli kimi ətraflarından səni çıxararlar. Onların əxlaqı, qanunları pis bir zarafat kimi. İlk problem əlamətində rədd edilərsən. Sən ancaq dünyanın icazə verdiyi qədər yaxşı olarsan.
·
85 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.