Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

0:59
görəsən müqəddəs olan insanlar ancaq palçıqdan yarananlar idi? ölümlü birinin yaratdığı nə qədər müqəddəs ola bilər, günahkar insanlar günahsız kiməsə həyat verə bilər? o qədər vaxtdı yazmıram ki, artıq cümlələri də bir-birinə bağlaya bilmirəm..insanları itirməkdən qorxmuram, ilk səhvlərindəcə üzümü çevirib gedirəm. səhvi olan insanların törəməsiyik axı, necə səhvsiz ola bilərik. göz yummağı əvvəl azaltmışdım, indi tərgitmişəm. kiminləsə yeni yaxınlıq qurmaq da maraqlı deyil artıq.. təzə tanış olduğum adamların hamısı zəhləmi tökür. o qədər nifrət doluyam ki, elə bilirəm hamı kibirində boğulur, hamı özündən razıdı. elə bilirəm hamı ancaq özünün xoşbəxtliyini istəyir. ancaq özünün xoşbəxtliyini istəyənlərin dünyasında acığa heç kimə yaxşılıq eləmək istəmirsən.. o qədər özümü dünyanın mərkəzində görürəm ki, xətrim hər şeydən əziz gəlir. adama deyərlər xətrinə dəyir, çəkil, divara dəysin. burda niyə varam, bu yolu niyə gedirəm deyə sorğulamağa başladığım ərəfələrdəyəm yenə. çoxdandı bu dərdlərim yadıma düşmürdü. Kimlərəsə zərər verməkdən çox qorxuram, ona görə də gözümə çöp düşür. pis qapıçılar kimiyəm indi - heç kimə qol vurmuram amma rəqib də gözümün yaşına baxmır. vicdan insanın ən böyük düşmənidi. amma neynəmək olar, pislik eləmədiyin insanın qabağına keçib mənə niyə yaxşılıq eləmədin soruşmaq elə yəqin ki, ona pislik eləməkdi.
·
41 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.