Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

60 syf.
8/10 puan verdi
·
16 saatte okudu
Əsərdəki bumeranqı sevdim!
Frans Kafkanı ilk olaraq
Atama Məktub
Atama Məktub
kitabı ilə sevmişdim.
Ceza Sömürgesi
Ceza Sömürgesi
kitabı ilə daha da heyran oldum. Çox qısa və çox axıcı olan bu kitab özündə bir çox dərin mənanı çulğalaşdırır. Eyni zamanda bütün bu mənalar bizi bir o qədər də yaralayır. Yazar günah və cəza mövzusunu mükəmməl qələmə almışdır. Oxucu həqiqətən düşünür ki, günahı hər nə olursa olsun, həqiqətən də, bir insanın həyatı edam qədər ağır bir hadisə ilə sonlandırılmalıdırmı? Mövzudan asılı olmayaraq hər oxucu kitabdan müəyyən nəticə çıxara bilər. Mənə görə isə hadisələrə başdan sona şahid olan səyyah (gezgin) əzilmiş xalqı təmsil edirdi. Yaranan bütün halları hesaba qatmadan təsir altına tez düşən yazıq və bir o qədər aciz xalqı... Zəncirləri əlində bərk-bərk tutan əsgər, eynilə hakimiyyəti əlinə alsa belə özünü asılı vəziyyətə salan dırnağarası başçı kimi idi. Yəni özünün ipi qırıb qaçan inəkdən bir fərqi yox idi))) Zabit öz əxlaqsız və vicdandan yoxsul əməllərini qanun-qayda adı altında həyata keçirməyə çalışan başbilən kimi ortada dolaşırdı. Məhkumu isə deyib özümü yormaq istəmirəm. Hər halda özümü tuta bilməyib, çiçək kimi ağzım açıla bilər. Son olaraq onu qeyd edim ki, əsərin sonluğu mükəmməl idi. Sən hər zaman başqasan,
Franz Kafka
Franz Kafka
♡ Ps~Əsər l dünya müharibəsi illərində qələmə alınmışdır. Xoş mütaliələr!
Ceza Sömürgesi
Ceza SömürgesiFranz Kafka · Kırmızı Kedi Yayınları · 20188,5bin okunma
·
98 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.