Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

428 syf.
9/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
Kitab məncə möhtəşəm idi. Hiss etməli olduğum qorxu hissini tamamilə hiss etdim (oxuyarkən tüklərim biz-biz olur, gözümdən yaş gəlirdi). Və kitab gözlənilməzliklərlə doludu-ən azından mənim üçün. Kitabı oxuyursan və deyirsən ki, "Hə, "Qara adam" budur!" sonra görürsən ki, yox, o deyilmiş, sonra təkrar şübhələnirsən, təkrar və təkrar. Və sonda gözlənilməz bir formada kim olduğu ortaya çıxır, hadisələrin üstü bir-bir açılır. Əminliklə deyə bilərəm ki, kitab çox axıcıdır, adamın oxuduqca oxuyası gəlir. Amma qorxuncdur, bir ara Ellendən çox mən qorxurdum, sanki mənə nəsə olacaq. Fikrimcə "gizem" dolu kitab oxumaq istəyirsinizsə, bu kitabı oxuya bilərsiniz, çünki həqiqətən oxunmaya dəyərdir! -spoiler- Məni 40 yerimdən bıçaqlayan yerlər: 1. Krisin ölümü 2. Markın bir də Ellenin yanına qayıtmaması 3. Ellenin sonda "Adım Laradır" deməyi:(( Mənim üçün o həmişə Ellen olaraq qalacaq.. Ağlımda sual olaraq qalan yerlər: 1. Ellen necə döyülmüşdü? Yəni tamam klinikanın altındakı yerdə şok falan verilməmişdi sadəcə özü elə düşünmüşdü, amma yaraları gerçək idi axı, özü özünü döymüşdü? 2. Ziqmund necə öldü? Onu da özü elədi? Axı niyə bu qədər şeyə ehtiyac duydu??
Psixiatr
PsixiatrWulf Dorn · Yay Neşriyat · 20189bin okunma
·
57 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.