Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

445 syf.
10/10 puan verdi
·
7 günde okudu
Oxuduğum bir çox kitab qarmaşıq və hərkətli idi. Bu kitabda isə hadisələrin irəliləmə şəkli və hər şey daha yavaş və sakitdir. Kitab baş obraz Yankının bir kafedə "sonsuz sevgi" kitabını görməsi ilə başlayır. Kitab onda maraq oyatdığı üçün kitabın ardınca qaçır və bu sırada aftomobil qəzası keçirərək xəstəxanaya yatırılır. Bundan sonraki qisimdə Yankının keçmişi ilə tanış oluruq. Yankı illərcə tək bir qızı Durunu sevdiyini zənn edərkən Ada adlı qızı qoruyur. Amma onun həqiqətən sevdiyi qız Adadır. Bunu isə Yankı çox gec anlayır. Yankının xəstəxanaya düşməsi bir tərəfdən də bir çox gözəl şeyə vəsilə olar. Bu sayədə o Anasının illərcə üzünü görmədiyi anasının qəlbini yumşaldar və Helganında İstanbula dönməsinə vəsilə olar. Yankı İstanbula döndüyündə heç gözləmədiyi şeylərlə qarşılaşır. O ağlında durunu daşıyarkən və Adanın çoxdan onu tərk edib, öz həyatını qurduğunu zənn edərkən döndüyündə bir oğlu olduğunu və Adanın heç getmədiyini öyrənir. Bu isə onun üçün çox böyük şok olur. Yankı artıq oğlu və illərdi sevdiyini anladığı qızı,yəni Adanın qəlbini qazanmaq üçün çalışacaqdır. Oğlu ilə arasını düzəltsədə Ada ilə bu çoxda mümkün olmur. Çünki Ada illərlə acı çəkmiş və üstəlik Yankının oğlunu dünyaya gətirmişdi. Bütün bu zamanlarda 7 il müddətində yalnız başına bütün acılara sinə gəlməşdi.
Yankı
YankıAyşegül Çiçekoğlu · Müptela Yayınları · 2019195 okunma
·
159 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.