Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

139 syf.
·
Puan vermedi
·
12 günde okudu
Kitab Orvelin ən qısa romanlarından biridir. Əslində Orveli 1984 və Heyvanıstan kitabları ilə tanımışam və ondan sonra oxuduğum kitabları mənə həmin kitablar qədər maraqlı gəlməyib. Kitablar və Siqaretlər kitabında öz xatirələrindən yazan yazıcı ciddi məsələlərə və öz təcrübələrinə toxunub. Kitabların alınmadığı bir cəmiyyətdən bəhs edərkən Orvel siqaretlərə pul xərcləyən insanlarln kitab almadığını, kitab rəyçilərinin öz işlərini pul qazanmaq xatirinə etdiklərini, kitab mağazalarında satılmayan kitabların sırf satışı üçün yalanda tərifləndiyini vurğulayır. Müasir dövrün aktual problemlərini bir növ keçmişdə də olduğunu göstərir. Mənim üçün ən maraqlı yeri sonuncu fəsliydi. Təhsil xatirələrini xüsusilə məktəb xatirələrini bölüşdüyü hissə təhsil sektorunun hələ də çox dəyişmədiyini və məcburi xarakter daşıdığını göstərir. İndiki dövrdə olduğu kimi uşaqlar bahalı özəl məktəblərdə oxumaq üçün can atırdılar. Fərqli olaraq zorakılığı göstərən Orvel məncə uzun illər əvvəl gələcəyi görən yazıçılardan biridir. Mütləq oxunmalıdırmı bu kitab? Məncə yox. Çünki çox şey qazandırmadı mənə. Tövsiyyə edirəmmi? Bəli, çünki başqalarının təcrübələrini bölüşdüyü kitablar maraqlı olur.
Kitablar və Siqaretlər
Kitablar və SiqaretlərGeorge Orwell · İdiot Nəşriyyatı · 03,341 okunma
·
86 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.