Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

304 syf.
5/10 puan verdi
·
18 günde okudu
Əsərin qəhrəmanı Finn adlı Norveçli bir oğlan uşağıdır. Finn sinifin ən ağıllı şagirdidir. Yaxşı mütaliəsi, güclü yaddaşı var.Eyni zamanda çox nadincdir. Finn anası ilə iki nəfərlik kiçik bir ailədə böyüyür.Kran maşinisti olan atası onları atıb gedib və qəzaya düşüb. Bir gün evlərinə bir qadın gəlir və Finn atasının başqa bir qadından ögey bacısı olduğunu öyrənir.Bunu əvvəlcə istəməsə də, sonra bacısının gəlişinə sevinir. Kiçik qızın ailəyə gəlməsi ilə evin ehtiyacları daha da artır.Finnin anası evin bir otağını kirayə verməyi qərara alır. Yeni kirayəşinlə ailə daha da böyüyür və onları taxmin etmədikləri hadisələr gözləyir. Xəyanət, sədaqət və sevgi haqqında olan bu hekayə beləcə başlayır... Finnin fikirləri, böyüdükcə fikirlərinin dəyişməsi, ətrafına qarşı münasibəti əsərdə əks olunub. Əsər başlarda axıcı olsa da ortalarda sıxıcı irəliləyirdi. Ümumilikdə əsəri çoxda bəyənmədim. Sonluğu mənə qəribə gəldi, sanki hər şey başladığı yerə geri qayıtmış kimi oldu.
Möcüzə Uşaq
Möcüzə Uşaq
Roy Jacobsen
Roy Jacobsen
Möcüzə Uşaq
Möcüzə UşaqRoy Jacobsen · Qanun Nəşriyyatı · 201574 okunma
·
40 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.