Gönderi

- Ancaq sözlərdən bacarıqsız istifadə edirsiniz - sizin kişi qəhrəmanlarınızın hamısı çox ağıllı danışır. Axı həyatda onlar axmaq və mənasız danışırlar - nə dediyini o dəqiqə anlamaq olmur. Bunu qəsdən edirlər - onlarda axmaq sözlərin altında həmişə başqasından söz almaq istəyi dayanır. Ağıllı kəndli heç vaxt öz ağlını nümayiş etdirməz, bu onun üçün faydalı deyil. O bilir ki, axmaq adama sadə şəkildə, hiyləsiz yanaşırlar, ona da elə bu lazımdır! Siz onun qarşısında açıq şəkildə dayanırsınız, o həmin dəqiqə sizin bütün zəif yerlərinizi görür. O heç kimə etibar etmir, özü də, arvadı da ürək sözünü demir. Sizdə isə hər şey göz önündədir və hər bir hekayənizdə bütün dünyanın ağıllılarını bir yerə toplayırsınız. Qəhrəmanlarınızın aforizmlərlə danışması da yanlışdır - aforizmlər rus dilinə xas olan cəhət deyil.
·
34 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.