Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

·
Puan vermedi
Kitab, Park Sonyo adlı fədakar anadan bəhs edir. Lakin bu fədakarlığın, sevginin qarşılığını heç zaman görmür, hiss etmir. Övladları ona söz verir ki, yetkin olduqda, onu saraylarda yaşadacaq, əlini ağdan qaraya vurmasına icazə verməyəcək. Bu, sadəcə cümlə olaraq ananın ağlında qaldı. Çünki verilən vədlər unuduldu və bir daha xatırlanmadı. Hər kəs öz işini, ailəsini Anasından üstün hesab edirdi . Təkcə bir xoşagəlməz hadisədən sonra analarının varlığını, dəyərini, fədakarlığını hiss etməyə başladılar. İllər ərzində bu hissi bəxş etmədikləri üçün bir birilərini günahlandırdılar. Ana dedikləri qadını əslində nə dərəcədə yaxşı tanıyırdılar? sualına cavab tapa bilməmələri onları daha da pərişan edirdi. Amma artıq çox gec idi.. Onun müqəddəsliyi mərhələlərlə öyrənilir. Belə ki, kitab hissələrə bölünür; Yazar,, Həyat yoldaşı, 2 qızı və 2 oğlu anası barəsində, onun sevgisi, sədaqətini xarakterizə edən keçmiş xatirələrini, gözyaşardıcı anları biz oxuculara onların dilindən danışır. Romanda keçmişin xatirələri ilə indiki reallıqlar arasındakı əlaqə və şəxsiyyətin buqələmun aspektləri ilə bağlı mövzulara da toxunulub. ____ Xoşagəlməz hadisələr yaşanmazsa, varlığımızdan xəbərsiz olarlar. Bundan sonra özünü günahlandırmağın nə dərəcədə önəmsiz olduğu, işte, bu kitabda çox gözəl şəkildə təsvir olunub. Bu kitabı oxuyun deyərəm Birdə, ən əsası sevdiklərinizə vaxtında dəyər verməyi unutmayınnnn
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Yənbu · 0282 okunma
·
99 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.