Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

285 syf.
10/10 puan verdi
·
Beğendi
·
32 saatte okudu
Hərkəsə Salam !
Əvvəla qeyd edim ki, gənc yazarlarımıza çox böyük önyarğım var. Təəssüf ki, az sayıda sözün əsil mənasında yaxşı yazar və tərcüməçimiz var. Yazılan kitablarda səmimiyyət duyğusunu tapa bilmədiyim üçün bacardığım qədər uzaq dururam. Ama bu kitab da o səmimiyyəti necə lazımdı hiss ettim. Hələ belə gənc yaşta bunu bacarmaq, çox böyük uğurdu məncə. Hekayədə yaradılmış məktəb, şagirdlər və ümumi atmosfer çox təbii alınıb. Xüsusilə Murad və onun qərarsız, nə isdədiyini bilməz davranışları mənə məktəb illərimi xatırlatdı. Çox fərqli, özümün belə unutduğum xatirələrim təzələndi. Bunun üçün əlavə təşəkkür edirəm yazarımıza. Hekayə isə heç gözləmədiyim tərzdə başladı ve irəlilədi. Sonlara doğru az çox cümlələr içində mən buradayam deyən, eyni zamanda da susan,bəzi kəlimələrdən, bütün bunların səbəbkarı kimdi təxmin elədim. Vaxtımın çox az olmağına baxmayaraq film izləyirmiş kimi həyəcanla oxudum. Kitabın davamı nə vaxt çıxar bilmirəm ama mən davamı üçün çox həyəcanlı və səbirsizəm. Ümid edirəm yaxın zamanda davamını oxumaq nəsib olar. Yazarın əlinə, əməyinə, gənc olmağına baxmayaraq bir çox yazardan daha aydın və təcrübəli olan zehninə sağlıq.
Nəimi
Nəimi
uğurların bol yolun işıqlı olsun!
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024112 okunma
··
456 görüntüleme
Nəimi okurunun profil resmi
Elvira xanım, əgər cümlələrim və obrazlarımla sizə o hissləri yaşada bilmişəmsə nə xoş mənə. Tərcümə məsələsində sizinlə həmfikirəm) Və artıq neçənci rəydə bunu qeyd edirəm bilmirəm amma ciddən çox Şükür içindəyəm, ki bu qədər bəyənilə bildim siz kitabsevərlər tərəfindən. Təşəkkürlər🙏 İkinci kitabda görüşmək diləyi ilə.
Elvira okurunun profil resmi
Hər zaman gördüyünüz işlərin qürurunu yaşamağınız diləyi ilə! ikinci kitab tez gəlsin:)
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.