Gönderi

80 syf.
10/10 puan verdi
·
6 saatte okudu
2023-cü il üçün 2-ci kitab, Aytmatovdan oxuduğum yeni, başqa bir kitab... Kitaba bayıldım, mükəmməldir. Aytmatovun qələmi çox gözəldir, insanın ürəyinə toxunur yazdığı əsərlər və kitablar. Mən hər kitabını oxuyanda və bitirdikdən sonra ağlamaq istəyirəm, sanki sarsıdır insanı. Bu kitab da çox toxundu mənə, povest olsa belə, səhifə sayısının azlığı da fərq etmir. Kitabın sanki hər cümləsi bir alıntıdır. Əsas xarakter Altanaydır, kitab onun həyatından bəhs edir. Onla yanaşı, onun ilk müəllimi və sevgisi olan Düyşen. Kitab Sovet dövrünün vaxtlarındandır, 1924-cü il danışılır, Düyşen də Lenin tərəfdarı və kommunistdir, ancaq bu faktorlara baxmayaraq çox sevdim bu obrazı. Mənim fikrimcə, digər oxuyucular da bəyənə bilər. Düyşen bir kəndə gəlir məktəb açsın, ancaq kəndlilər dəstək durmur, öz çabası ilə açır, Altanay da burda təhsil almağa çalışır. Davamını danışmayacam, sizin oxumağınız daha məsləhətlidir. Belə də kitabı tövsiyə edirəm, düşünürəm ki, bu kitab il sonu 2023 ən sevdiyim onluq sırasında olacaq.
İlk Öğretmenim
İlk ÖğretmenimCengiz Aytmatov · Nora Kitap · 20187,4bin okunma
·
57 görüntüleme
Aceso okurunun profil resmi
Samirə Abbasova
Samirə Abbasova
bu kitabı sənə tövsiyə edirəm əsas, oxusan, çox sevəsən. ❤️
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.