Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

·
Puan vermedi
Soyqrım
Zolaqlı pijamalı uşaq. Yenə yəhudi soyqırımı, yenə müharibə qurbanı məsum uşaqlar... Məndə çox dərin psixoloji izlər buraxan bir kitab. Ön sözü oxuyarkən klassik yəhudi soyqırımına qarşı olan adi bir kitab zənn etdim. Amma son hissədə "tərs köşe" oldum. Yazar əsl zərbəni son hissədə vurur. İlk səhifələr elə də diqqətimi cəlb etməmişdi. Amma sonra gedişat tamamilə dəyişdi. Məni sarsıdan, göz yaşlarımı saxlaya bilmədiyim, günlərlə unuda bilməyəcəyim bir əsər oldu. Müəllif bu əsəri iki gün yarıma yazıbmış. Romanda Hitler Almaniyasının yəhudi soyqırımı lənətlənir. Onların başına gələn faciələrin şahidi oluruq. Əsərin uşaq qəhrəmanı Bruno yəhudi dustaq uşaq Shmuellə dost olur. Brunonun atası isə yəhudi soyqırımının başında duran əsgərlərdəndir. Uşaqların məsumluğu müharibə ilə paralel göstərilir. İynəli məftilin bir tərəfində gözəl paltarda, azad Bruno, digər tərəfdə zolaqlı pijamada, əsir həyatı keçirən, günlərlə ac_susuz qalan yəhudi Shmuel və minlərlə onun kimiləri. Bu yəhudilərin aqibəti necə olur? Bunun cavabı çox dəhşətlidir. Bruno çox məsum, həssas, düşüncəli uşaqdır. O, yəhudi dostuna kömək etmək istəyir. Atası isə başqa niyyətdədir. Bruno nəyə görə özünün rahat bir həyat keçirdiyini, bu uşağın isə niyə bu halda olduğunu anlamır. Fikirləşir ki, bu dünyada hamı bərabərdir. Əsər çox maraqlıdır. Ona görə çox "spoiler" vermək istəmirəm. Bu əsərlə eyni adlı film də çəkilib. Tiktokda geniş yayılan bu səs məhz bu romanın sonluğundandır. Çox tükürpədici səhnədir. Aktrisa səhnəni rəsmən yaşayıb. #çizgilipijamalıçocuk #baku #takip #instagram #edebiyyat #zolaqlıpijamalıuşaq #holocast
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202039,1bin okunma
·
16 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.