Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Zolaqlı Pijamalı Oğlan

John Boyne

Yorumlar ve İncelemeler

Tümünü Gör
208 syf.
10/10 puan verdi
·
Beğendi
·
24 günde okudu
Həyatımda oxuduğum ən gözəl kitablardan biri...
"Fərqlilik nədə idi? O özü üçün bilmək istəyirdi. Görəsən bu insanları kim pijamalılara və uniformalılara bölüb?" (Səh 102) Uzun müddətdir oxumaq istədiyim və axır ki, oxuduğum o möhtəşəm kitab...
John Boyne
John Boyne
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı Oğlan
kitabı... Bu kitabı o qədər çox sevdim ki, o qədər mənə təsir etdi ki, bu kitaba bir təhlil yazmasam, özümü borclu hiss
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202038,9bin okunma
Reklam
208 syf.
10/10 puan verdi
·
7 günde okudu
İki dosluğun kor nöqtəsi , unudlmur və əbədi qalır
Hitlerin yəhudilərə qarşı əsaslı rəftarı sərhəd tanımır. Auşvits yəhudilərlə dolub. iki dostun ürək parçalayan hekayətidir bu roman. Dostlarır biri Auşvits rejiminə nəzarət edən komandanın oğlu, digəri isə həbsxanada qəddar işgəncələrə məruz qalan yəhudi ailəsinin üzvü... Onlarm öz dünyası var, öz oyunları, öz məşğuliyyətlə- ri, heç zaman ağıllarına gəlməyən dəhşətli bir sonluğun astanasında əyləncə axtarışındadırlar Uşaq məsumluğu onları qaz kamerasının ağzına qədər dartıb gətirir..
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı Oğlan
John Boyne
John Boyne
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202038,9bin okunma
208 syf.
7/10 puan verdi
·
18 günde okudu
Bu kitapda bir çocuğun gözünden savaşın ne kadar iğrenç ve korkunç olması gösterilmektedir, insanlara karşı acımasızlıkların, kaddarlığın ne kadar dehşet verici olması öne sürülmekte. Bruno və arkadaşı Şmuelin yaşadığı olaylara ben "acımasızlığın gösterisi" olarak nitelendire bilirim, iyi okumalar!. :)
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202038,9bin okunma
208 syf.
·
Puan vermedi
·
5 saatte okudu
"Cizgili pijamalı oğlan"
Kitabın filmini illər əvvəl izləmişdim. Özünü oxumağı çox istəyirdim və oxudum. Lakin filmdəki sonluqdan fərqli bir son ilə qarşılaşdım. Kitabın sonunda əsərin qəhrəmanı, doqquz yaşlı Bruno adlı oğlan itkin düşürdü. Buna baxmayaraq hadisələrin gedişatını anlamaq mümkündür. Belə ki, Bruno və ailəsi atasının işinə görə yaşadıqları yeri tərk edib, başqa bir yerə köçürlər. Bruno buraya dostlarını geridə qoyaraq gəlir və burada oynamağa dostu olmur. Kəşfiyyatı sevdiyi üçün kəşfiyyata çıxır, teldən hasara rast gəlir. Hasarın digər tərəfində cizgili pijamalı oğlan görür və onunla dost olur. Ümumiyyətlə, çox ağır, lakin oxunmalı bir kitabdır. Necə deyərlər, qısa və öz idi. Mən kitabı oxuduqca hadisələr gözümün önündə canlandı, məni dərin düşüncələrə apardı. Çox bəyəndiyim bir kitab oldu. Sizlərə də kitabı oxumağınızı tövsiyə edirəm.
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202038,9bin okunma
Reklam
208 syf.
10/10 puan verdi
·
23 saatte okudu
Yəhudi düşərgəsində baş verənlər, balaca uşaqların çəkdiyi əziyyətlər, komendantın sərtliyi, acı günlər bir uşağın- Brunonum dilindən danışılır. Və kitabı oxuduqca hadisələrə Bruno nun gözündən baxmağa başıayırsınız. Şnuel ilə dostluğu onun üçün böyük şans idi... Düzdür, onu incitdiyi vaxtlar olmuşdu, amma bəlkə də Şmuel, Brunonun tək dostuydu
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202038,9bin okunma
208 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Ben hala şok
Bu necə bir kitab, bu necə qan donduran bir hekayəə... İnsan etdiklərini yaşamadan ölməzmiş dedikləri qədər olan bir hekayədir. Əvvəl başladıqda kitab haqqında onsuzda bildiklərim, eşitdiklərim var idi, yəni məzmununu bilirdim. Amma buna baxmayaraq heç sonu ilə maraqlanmamışdım, bir gün oxuyaram deyə illərcə saxlamışdım. Amma oxuduqdan sonra hələdə təsirindən çıxa bilməmişəm (((( Hər kəsin oxumasını tövsiyə olunan bir kitabdır... Heç bir kəlimə ilə ifadə edə bilmirəm sadəcə oxuyun və bilin...
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202038,9bin okunma
208 syf.
9/10 puan verdi
·
Beğendi
ZPO
Kitabı bəyəndim ,amma heç ağlamadım.Bəlkə də kitabın sonunu biraz bildiyim üçün belə oldu.Lakin kitab çooox maraqlı idi.Bir oturuşa bitirdim.Kitab sanki 208 yox 20 səhivə idi.Kitab sanki axdı.Tövsiyyə görürəm.1,5-2saata bitirmək olar.Bəs siz necə düşünürsünüz?
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202038,9bin okunma
208 syf.
10/10 puan verdi
·
Beğendi
·
35 saatte okudu
Kitab 1941-1945-ci illərdə Nasist Almaniyasının Polşada törətdikləri holokostdan danışır. Kitabda sözü gedən Auşvitz düşərgəsi ən dəhşətlisi olub. 1.3 milyon insandan 1.1 milyonu ölüb. Əsirlər qaz kameralarına salınıb SilkonB ilə zəhərləyib öldürülüblər. Kitabda danışılan komendant Rudolf Hess realda da Hitlerin ən yaxın adamlarından olub. Bir müddər Hitlerin müavini kimi işləyib. Sonradan sülh bağlamaq məqsədilə Şotlandiyaya uçub və Hitlerə bağlılığını göstərmək istəyərkən elə Hitler tərəfindən əqli sağlığı yerində olmadığı elan olunub. Nürnberq məhkəməsində SSRİ tərəfindən ömürlük həbs verilib. 93 yaşında əqli sağlığı yerində olmadığı üçün Avropa tərəfindən çoxsaylı təkidlərə görə SSRİ tərəfindən azadlığa çıxması qərarı alınmaqda olduğu bir dövrdə intihar edir. O sonuncu Nürnberq məhbusu idi. Kitabda isə Hessin oğlu və düşərgədəki Yəhudi məhbus oğlanın acınacaqlı sonundan gedir mövzu.
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202038,9bin okunma
Reklam
208 syf.
10/10 puan verdi
·
Beğendi
II Dünya müharibəsində Adolf Hitlerin əmri ilə almanların yəhudilərə qarşı etdiyi soyqırımdan bəhs edən əsərdə 2 azyaşlı uşağın başına gələn hadisələri oxuyuruq. Düşünün ki, biz sadəcə oxuyuruq, ancaq insanlar bir zamanlar bunları canlı yaşayırdılar.. ____ Uşaqların dünyası biz böyüklərdən çox fərqlidir, onlar siyasət nədir bilməzlər, düşmənçilik etməz, kin tutmaz və intiqam almağa çalışmazlar. Sadəcə 1 məqsədləri olar, özlərinə dost tapıb çoxlu oyunlar oynamaq... Bruno da cəmi 9 yaşında 1 uşaq idi, müharibə başlayanda atası almanlarda ordunun komandiri olduğundan Berlindəki gözəl villalarını tərk edib, Auşvitz'ə gəlirlər. Auşvitz Polşada yəhudilərin toplandığı düşərgənin adıdır. 1 müddət sonra sakitlikdən, tənhalıqdan sıxılan Bruno ailəsindən gizlin evdən çıxaraq kəşfiyyat aparır və Şmuel'lə rastlaşır... ____ Elə bütün hadisələr də bundan sonra baş verir. Dram xarakterli 1 əsər idi, filmi də var və filmini illər öncə izləmişdim, ancaq onu qeyd edim ki, kitabla film arasında elə də bir fərq yoxdur, hətta, deyə bilərəm ki, filmdə hadisələr daha açıq göstərilmişdir. Həmçinin, sonluq kitabda tam anlaşılmasa da, filmdə tam aydın verilmişdir. Hər ikisini şiddətlə tövsiyə edirəm
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202038,9bin okunma
208 syf.
10/10 puan verdi
·
27 saatte okudu
Uşaqların gözündə müharibə.
Yenidən bu dünyaya gəlsəm; “Bütün tankları, tüfəngləri, silahları əridib saz, cümbüş, zurna edəcəm”. Aram Tigran. Oxuduğum ən möhtəşəm və ən üzücü əsərlərdən biri daha. Müəllif Uşaqların gözündə müharibə və savaşı qələmə alıb. Hər sətrini həyəcanla, kədərlə oxudum və hər sətrini qəlbimin dərinliyinə qədər hiss etdim. Dünyada ki bütün uşaqlar kimi Bruno və Shumel də o qədər məsum idilər ki içində olduğları amansız vəziyyətin nə olduğunu doğru-düzgün belə başa düşə bilmirdilər. Savaşın,müharibənin qurbanı olan bütün uşaqlar kimi Bruno da yaşamağın sadecə dostlardan və oyunlardan ibarət olduğunu düşünürdü. Onun üçün yaşamaq özü kimi məsum idi lakin Müharibənin,savaşın, düşmənin nifrəti Bruno kimi Minlərcə, Milyonlarca məsum,günahsız uşaqları bu şirin yuxudan oyadıb. Onlar xəyalları,ümidləri, oyuncaqları əllərindən alınmış məsum körpələrdir. Ümid edirəm daha heç bir məsum uşaq bu şirin xəyalından,yuxusundan oyanmasın. ailəsi ilə dinc yaşayan evlərin pəncərələri dağıdılmasın.Ümid edirəm heç bir yaşlı,qoca hər gözünü açdığı sabaha şükür etdiyinə peşman olmasın. Hər birinizə xoş gecələr və xoş mütaliələr.
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202038,9bin okunma
208 syf.
8/10 puan verdi
Həm filmi, həm kitabı çox təsirlidir. Kitabın sonluğu açıq buraxılır, amma filmdə bu daha aydındır. Əsərdə bəhs edilən Rudolf Hess-həqiqətdə də Adolf Hitlerin müavini, Faşist Almaniyasının 3-cü vacib şəxsi idi (Hitlerə heyranlıq bəsləyən Hess onun gözündə yüksəlmək üçün Şotlandiyaya sülh məqsədi ilə təkbaşına uçuş edir, yüksək rütbəli hərbi əsir kimi götürülür, sonda da elə Hitler tərəfindən dəli adlandırılır. 92 yaşında həbsxanada elektrik naqillərindən asılı şəkildə tapılır). Əsərdə alman əsarəti uşaq baxışından izah olunur. Bu mövzuda
Anne Frank'ın Hatıra Defteri
Anne Frank'ın Hatıra Defteri
- dən sonra oxuduğum 2-ci əsərdir. Hadisələrin uşaq görüşü ilə anlatılması təsiri qat-qat artırır. Bir çox yerdə bu kitabın uşaq ədəbiyyatı kimi verildiyinə rast gəlmişdim, bunun doğru yanaşma olmadığını düşünürəm. Hər nə qədər Bruno məsumca yanaşsa da, hadisələrin qan donduran tərəfi barizdir. Təsirlənməmək mümkün deyil. Atasının günahlarını övladı çəkdi. Bu Rudolfun imtahanı idi, bəs Brunonun? ... İnsan ailəsini seçə bilmir, eləcə də taleyini. Taleyin yazısına inanıram, bir də yaşatdıqlarımızı yaşamadan ölməyəcəyimizə.
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202038,9bin okunma
208 syf.
·
Puan vermedi
·
6 günde okudu
Salamlaarr hər kəsə Həm filimi həm də əsəri çox təsirli oldu mənim üçün. Hitlerin Yahudilərə qarşı amansız rəftarı sərhəd tanımır. Auşvits yəhudilərlə dolub. İki dostun ürək parçalayan heyayəsidir. Yeni köçdükləri evdə yalnız qalan Buruno kəşfiyyata çıxıb yeni şeylər axtaranda özünə bir dost tapır. Onun dostu həbsxanada qəddar işgəncələrə məruz qalan bir yahudi ailəsinin özüvü özü isə Auşvits rejiminə nəzarət edən komandirin oğludur.Uşaqlar saf sevgi ilə dost olsalarda bu məsumluq olanları qaz kamresina qədər apardı..
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202038,9bin okunma
208 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
"Olmazdı ki,biz hamımız bir yerdə yaşayaq?" #J.Boynesəyahət
John Boyne
John Boyne
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı Oğlan
Deməəək... Nə deyim,necə deyim, heç bilmirəm.Bu kitabı oxuyanda Hitler və onun mənasız ideologiyasına qarşı olan nifrətim qatbəqat artdı. Bəzi Holokost haqda olan kitablardan fərqli olaraq bu kitabda hadisələrin çatdırılması Holokosta məruz qalan birinin yox,əksinə onu törədən bir komendantın oğlunun dilindən oxucuya
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202038,9bin okunma
208 syf.
·
Puan vermedi
·
4 günde okudu
Möhtəşəm və təsirli bir kitab idi. Heç kitabın belə bitməsini istəməzdim. Tezliklə kitabın filmini izləmək istəyirəm(filmi izləyib sonra kitabı oxuya bilmirəm). Deyilənə görə, film kitabdan daha təsirlidir. Bruno çox gözəl bir obrazdır. Bacısının ondan böyük olmasına baxmayaraq onun ağlı, düşüncəsi bacısından daha üstündür. Oxuyun,oxutdurun. Çox gözəl kitabdır.
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202038,9bin okunma
·
Puan vermedi
Soyqrım
Zolaqlı pijamalı uşaq. Yenə yəhudi soyqırımı, yenə müharibə qurbanı məsum uşaqlar... Məndə çox dərin psixoloji izlər buraxan bir kitab. Ön sözü oxuyarkən klassik yəhudi soyqırımına qarşı olan adi bir kitab zənn etdim. Amma son hissədə "tərs köşe" oldum. Yazar əsl zərbəni son hissədə vurur. İlk səhifələr elə də diqqətimi cəlb etməmişdi.
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202038,9bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.