Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

480 syf.
·
Puan vermedi
·
25 günde okudu
Jordan B. Peterson oxumadan öncə adını tez-tez eşitdiyim klinik psixoloqdur. Xüsusən ölkəmizdə də böyük kütləsi olan türkiyəli psixoloq Beyhan Budak da dəfələrlə Peterson kitablarından sitatlar bölüşəndə diqqətimi çəkmişdir. Kitaba gəldikdə isə, müəllif 12 qaydadan bəhs edir və hər qayda haqqında özünün oxuduğu, araşdırdığı mövzularla əlaqələndirərək onun köklərinin necə yarandığı, niyə zəruri olduğu haqqında məlumat verir. Yəni bəsit şəkildə - bunu et, çünki bu səbəbdən sənə lazımdır demir. Öncəsində düşə biləcəyin situasiyaları, bizdən öncəki nəsillərin, hətta heyvanların buna necə reaksiya verdiyini, sonda isə mövcud vəziyyətdə nə edə biləcəyimizi izah edir. Əksərən misallarını Tövratdan, İncildən və Soyuq müharibə dövründə dərindən təsirləndiyini düşündüyüm rus yazıçılardan verib. Mən bu kitabın çoxluq tərəfindən bəyəniləcəyini düşünmürəm. Zənnimcə, bəyənəcək insanlar varlığını sorğulayan, etdiyi və ya yaşadığı şeylərin səbəbləri haqqında uzun-uzun düşünməyi sevənlərdir, ki mən də o insanlardanam. Hətta çox dərinə getməyi sevməyənlər üçün Peterson "çürükçü" də sayıla bilər :) Jordan B. Peterson hər şeydən öncə güclü müşahidə qabiliyyətinə malikdir, kütlə psixologiyasının incəliklərini özlüyündə həll edib və öz təsir gücünün fərqindədir, bunu Youtube'da 1-2 dəqiqəlik hər hansısa çıxışını izləyərək də anlaya bilərsiniz. Psixologiya ilə dərindən maraqlanan və Sigmund Freud, Calr Jung kimi psixoloqları oxuyanlar üçün Petersonun dedikləri çox diqqət çəkməyə bilər, o özü də onlardan ilhamlanıb və məhz onların öyrətməyə çalışdıqlarına öz fikirlərini qataraq oxucusuna təqdim edir. Amma yeni başlayanlar üçün ideal ola bilər. Mən sevərək oxudum.
Hayat İçin 12 Kural: Kaosa Panzehir
Hayat İçin 12 Kural: Kaosa PanzehirJordan B. Peterson · Pegasus Yayınları · 2021306 okunma
·
91 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.