Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

304 syf.
9/10 puan verdi
·
60 günde okudu
Post strukturalizmin ən görkəmli nümayəndələrindən olan Fukonun bu kitabı, düşünürəm ki, XX əsri və eyni zamanda cari dövrü olduqca keyfiyyətli və dolğun şəkildə ələ almaqdadır. Kitab müxbirlə Fukonun arasındakı söhbətlərin yığılmasından ibarətdir və eyni zamanda söhbətlərin mövzusunu ayırd edərək toplamaqları oxuyucuya xoş təsir bağışlayır. Kitabın ən gözəl yanı isə, Fukonun bütün yazdığı kitabların (bu müsahibə olanadək) müzakirəsini özündə ehtiva etməsidir. Fukonun düşüncələrini əsasən "bilik" "güc" "mikro-güc (iktidar)" deyə kobudcasına ümumiləşdirə bilərəm. Fukonun düşüncələrini marksizmdən təməl fərqləndirən xüsusiyyət isə, Fuko üçün "güc (iktidar)" ailədən və ən primitiv olaraq iki insan arası münasibətlərdən başlamasıdır. Marksistlər isə bildiyimiz kimi, "güc (iktidar)" dövlətdən başlayır və bu problemin həllini inqilabda görürlər. Lakin Fuko məhz bu kitabında inqilabın heç də hər şeyi həll etmədiyini və əksinə daha çox fəsatlarına gətirib çıxardığını qeyd edir və inqilabın ən primitiv olaraq iki insan arası münasibətlərdən başlanılmasını, daha sonra dövlət səviyyəsində inqilab edilməsinin uğurlu olacağını qeyd etmişdir.
İktidarın Gözü
İktidarın GözüMichel Foucault · Ayrıntı Yayınları · 2019126 okunma
·
82 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.