Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

464 syf.
10/10 puan verdi
·
Beğendi
Məlalə sonradan Pakistanın tərkibinə daxil edilən Svatda yaşayır. Onun atası uzun illər yoxluqla yaşasa da, məktəb açmaq üçün əlindən gələni edir. Məlalənin uşaqlığı da məhz məktəb mühitində keçir. Atasının mübarizliyi ona da keçir. Təkcə çalışqanlığı ilə deyil, ictimai fəaliyyətilə də diqqət çəkir. Onun mübarizəsinin bir şüarı var: Təhsil! O, təhsil üçün, xüsusən də qızların təhsil alması üçün atası ilə birgə mübarizəyə qalxır. Çıxışlarda iştirak edir, müsahibələr verir. Hətta bu yolda ölümlə hədələnir, güllələnir Kitab çox gözəl idi. Oxuduqca ağlımda bu fikir var idi: Qadın azadlığı məhz budur. Xüsusən, azadlığı "istədiyimi geyərəm, istədiyim saatda istədiyim yerə gedərəm" fikri ilə məhdudlaşdıran bir cəmiyyətdə Məlalələr tanıtdırılmalıdır. O, qadın azadlığının nümunəsi idi. Canı ilə hədələnsə də, qorxmadı. Nə təhsilindən geri qaldı, nə də mübarizəsindən. Müharibə təkcə silahla olmur, müharibəni təkcə kişilər də aparmır. Bunun ən gözəl örnəyi Məlalədir. Kitabı bitirəndə bunu dilədim, cəmiyyətdə Məlalə kimi qızlar, Ziyaəddin (Məlalənin atası) kimi atalar çox olsun
Məlalə Mənəm
Məlalə MənəmMalala Yusufzay · Parlaq İmzalar · 03,017 okunma
·
15 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.