Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

208 syf.
9/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Nahidə Hüseyni
Nahidə Hüseyni
Hamlet... Faciə, intriqa, ölüm və güvənsizliyi içində ehtiva edən əsər. Şekspir yenə çox axıcı dildən istifadə edib, xüsusən kitabın əvvəlindəki poetik yazısı, kitabın necə getdiyini başa düşmürsən, belə desək, kitab su kimi axır. O, bunu ən yaxşı bacaran sənətkarlardandır. , bu, həqiqətən də təbrik edilməli bir işdir. Əsərdə hərəkət Danimarka kralının ölümü ilə başlayır. Hekayə padşahın oğlunun atasının ölümündən əl çəkə bilməməsi və daha sonra atasının ölümünün əsl səbəbini öyrəndikdən sonra həyatının tamam başqa cür getməsi ilə davam edir. Oxuyarkən Hamletin əmisindən alması lazım olan intiqamın və bu ağır yükün öhdəsindən gələ bilməməsinin yanıb tutuşduğunuı hiss edirsən. Kitabın sonunda aydın görürsən ki, həyatda əslində kimsəyə güvənməməyimizin lazım olduğunu, həyatın içində ki, intriqaların, taxt (padişahlıq, krallıq) sevdasının insanın gözünü necə kor etdiyini və bunun sonunda nələr olduğunu kitabın sonunda açıq bir şəkildə görürük. Bu qədər axıcı, gözəl bir dildə yazmaq Şekspirə yaraşan elə budur:) Faciədən, ölümün, insanoğlunun qəzəbdən gözünün necə kor olduğundan bəhs edən bu əsəri hər kəs oxumalıdır məncə..:) -Mən sizi başa düşmürəm.. +Mən buna sevinirəm. Ağıllı sözü axmaq qulaq eşitməz.
Hamlet
HamletWilliam Shakespeare · Qanun Nəşriyyatı · 045,3bin okunma
·
1 artı 1'leme
·
72 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.