Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Ailə sevgisinə həsrət qalmış böyük bir topluluğun kiçik bir üzvü kimi, gələcəkdə uşaqlarımın ən yaxın dostu olacağıma indidən söz vermişəm. Nə qədər də acı bir vəziyyətdir, elə deyil mi? Özümün qarşılaşdığı hər sevgisizliyi onlara sevgi ilə ötürməyi niyə özümə borc bilirəm? Normalda da belə olmalı deyil mi? Belə bir reel və ya post görməmiş olmassız: 'Pulsuz kişini yalnız anası sevər (ya da ailəsi)'. Bu teoridə təəssüf ki, həyatımda əlimin tərsi ilə ittirdiyim digər teorilər arasındadır. Pulunuzun olmaması bir problem deyil, amma problem, pulunuz olmadıqda öz fikrinizi, istəyinizi bildirdiyinizdə başlayır. Yoxsa pulsuzsanız, bir kənarda sakitcə ölməyi gözləyin, əmin olun ki, heç bir problem olmayacaq. Təəssüf ki, pis insan olmanın əsası, fikrimcə, 80% ailədən başlayır. Sevgi görməyən hər bir insanın içində bir qatil yatır. Bu cinayətlər arasında fikir-düşüncə, sevgi və ən sonda həqiqətən insan tapıla bilər. Kaş ki, ürəyimi oxuya bilsəydilər, bütün səhifələri deyil, yalnız arxa qapaqdakı qısa mətni oxusaydılar, bəlkə də məni başa düşərdilər :D Aldığımız sevgisizliyi sevgiyə çevirib ötürək millət, mən nə qədər bacara bilirəm, bilmirəm. Bəlkə də heç bacara bilmirəm, amma siz bacarmağa çalışın.
··
3 artı 1'leme
·
317 görüntüleme
Zübeydə okurunun profil resmi
Belə bir cümlə oxumuşdum. Ailə sevgisi görməyən uşaqlar ömürlərinin sonuna kimi yarımçıq qalırlar və içlərindəki o boşluğu heç bir şey doldurmur. Özümüzün görmədiyimiz sevgini gələcəkdə uşaqlarımıza vermək istəməyimizin səbəbi düşünürəm ki, onlarında bizim kimi əziyyət çəkməsini istəməməyimizdən irəli gəlir.( Ancaq təəsüf ki hərkəsin psixologiyası bu cür deyil. Və öz ailəsində olan sevgisizliyi gələcəkdə quracağı ailəyə daşıyan insanlarda var. Ümid edirəm biz onlardan olmarıq.) Və dediyinizdə doğruluq payı çoxdur.Hər şey ailədən başlayır. Dünyaya gələn heç bir uşaq birdən birə pis olmur. Ailən yaxşıdırsa hətta bir ailən olduğunu düşünürsənsə bu həyatda 1-0 öndəsən deməkdir.
Hamidov H okurunun profil resmi
Öz boşluğum özümün elədə marağında deyil. Onu gələcəkdəki uşaqlarımda boşluq qoymayaraq doldura bilərəm. Psixologiyası bu yöndə olmayan insanlar isə olanlardan daha çoxdu təəssüfki, məhz buna görədə bataraq davam edir bu dünya. Bir fikrinizə qatılmıram sadəcə oda 1-0, məncə fərq rahat 3-4 top var :)
Aytac C. okurunun profil resmi
Eynən, mən də sizinlə razıyam pis insanın əsası ailədə qoyulur əksər hallarda. Sevgisizlik deyil təkcə, bəzən aldadıcı sevgi də pisi yaradır. Ümumiyyətlə psixologiya oxuduğum müddətdə bir şeyin fərqinə varmışam ki, psixoloji problem olsun, hansısa travma olsun mütləq ki, onun xırda belə olsa ailə ilə əlaqəsi var. Ona görə də kaş ailələr uşağı dünyaya gətirib ona "gələcəyə yatırım" kimi baxmaq yerinə biraz da fərd kimi yanaşsalar. Amma bizim böyüklərdən soruşsan (hər kəsə aid etmirəm, əksəriyyəti) sözsüz ki, ən düzünü onlar bilir.
Hamidov H okurunun profil resmi
Maraqlı bir anımı bölüşüm; Deməli bir ara çox pis idim, artıq o dərəcəki ətrafımdakı insanlar məsləhət görürdülər mənə psixoloqa gedməyi. Günlərlə yatmırdım, depresiya pik həddə idi(amma yenədə deyib gülür, zarafatdan qalmırdım). Nəsə bir neçə adamdan məsləhət alaraq bir psixoloqun yanına getdim. Başladım dərdimi, niyə belə olduğumu danışmağa. Qayıdıb dedi ki “Gül kimi oğlansan, boylu-buxunlu, həm oxuyursan həm işləyirsən, niyə evdəkilər səninlə yola gedməsinki ?”. İçimdən dedimki bu söhbəti nənəmədə danışsam eyni reaksiyanı verərdi, sənin nə özəlliyin qaldı :D. O gündən bəri psixoloqlarla qutardım. Psixoloqlarada inanmıram, mənə görə insana ən yaxşı təsir edəcək psixoloji dəstəyi onu həqiqətən sevən, başa düşən biri verə bilər və xəstəmizdə həmçinin onu sevib, hörmət göstərməlidi. Hələki belə bir psixoloq tapmamışam.
2 sonraki yanıtı göster
Türkan Bilalova okurunun profil resmi
Bəzən elə olursunuz ki, uşaqlıqda almaq istədiyiniz, sizin olmasını istədiyiniz bir şeyləri əldə edə bilmirsiniz və bir gün uşağınızla bir mağazada ya da başqa bir yerdə eyni şeylə qarşılaşanda uşağınız ona əlini uzatdığı anda belə onun istəyini yerinə yetirmək üçün əlinizdən gələnin ən yaxşısını edirsiniz, yetər ki onun istədiyi olsun, yetər ki o sevinsin. Çünki onun sevindiyi ən kiçik bir şey belə sizə dünyaları verər. Bu yalnızca belə xırda şeylərə aid olmur. Düşünürəm ki, ailə sevgisinə həsrət qalan, yalandan göstərilən "sevgi" ilə böyüyən uşaqlar gələcək həyatlarındakı ən gözəl ailə başçıları, ən qayğıkeş valideynlər olurlar. Özlərinin yaşamadığını övladlarına yaşatmaq istəyərlər hər zaman. Təbii ki də yalnızca sevgisiz böyüyənlər uşaqlarını sevgi ilə böyütməz, hər bir düşüncəli valideyn – valideynlik hissini dərinlərinə qədər yaşayan valideyn uşağını böyük sevgi ilə böyüdər. Lakin sevgisiz böyüyənlərdə bu bir az fərqli olur, çünki özlərində əskik gördüklərini övladlarında tamamlamağa çalışırlar. Hər bir uşağın real, həqiqi sevgi ilə böyüdüyü bir dünya — həqiqətən də gözəl arzudur...🎀🧚🏻‍♀️
Hamidov H okurunun profil resmi
Mən nə atamın nə anamın bir dəfə (şərt deyildiki özəl gün olsun) xoş söz ya da kiçikdə olsa bir hədiyyə aldığına şahid olmamışam. İndiyə toplum içində yaxşı biri kimi işarət edilirəmsə bunun səbəbi əmim idi. İlk sözüm əmi olub. Atamdan çox sevirdim bir ki o adamı. Hər dəfə görənə öpər, qucaqlayar, hər ad günümü elə təşkil edirdiki, fikir versəz hədiyyə alır demədim, dirək ad günümü o təşkil edirdi. Salırdı mağazasına məni ki ürəyin nə istəyir götür. Mən o adama tanrı kimi baxırdım. 18 yaşımda belə o adam uşaqlıqdakı ənənəmizi sürdürüb üzümdən 3 dəfə öpürdü ahah. Güyaki ilk yanağım şirin imiş , sonra digərini yoxlamaq istəyirki şirindisə onuda öpsün, o turş olurmuş sonra ilk yanağı öpür ağzım şirin qalsın deyirdi. Təəssüfki artıq 3 ildirki rəhmətə getdi ürəyindən. Çiynimdə apardım, məsciddə yuyulmasına şahid oldum, qəbirədə özüm qoydum. Qısaca həyatımda belə biri olmasa idi mən indi qan qusardım hamıya, o adam sayəsində mən həyatın ağ tərəfini görmüşdüm. Rəhmətə gedməmiş qabaq mən ömrümdə 2 dəfə filan ya ağlamışdım ya yox (lap uşaq vaxtlarımda). Onun öldüyünü eşitdiyim gün 2 ay durmadan ağlamışam, hər gündə yuxuma girib. Tək arzum əmim kimi biri olmaq, sevgimi sevdiyim insanlara göstərə bilməkdir.
2 sonraki yanıtı göster
Türkan Bilalova okurunun profil resmi
Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun. Elə insanlar olar ki həyatımızda, bütün pisliklərə qarşı bir tək onun olması kifayət edər. Belə bir ifadə var: 4 yanlış 1 doğrunu götürür. Belə hallarla rastlaşanda bunun hər zaman da doğru olmayan bir düşüncə olduğunu anlayıram. Səbəb: qarşılaşdığımız o qədər yanlışa qarşı yalnız bir doğrunun yanımızda olması kifayət edir. Çünki həyatımızda elə insanlar var olur ki, bütün pislərə qarşı tək doğru o olar – bir növ həyata tutunma, saf qalma səbəblərimiz deyək.
Hamidov H okurunun profil resmi
Təşəkkürlər, ölənlərinizə rəhmət.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.