Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

210 syf.
8/10 puan verdi
·
8 günde okudu
Əsər Azərbaycanın ilk mifik qorxu romanıdır. Əsəri oxuyarkən yaşadığım hissləri bölüşmək istəyirəm ki, bu hissləri yaşamaq istəyən insanlar buyurub əsəri həvəslə oxuya bilərlər. Birincisi əsərdə müəyyən simvolizmlər çoxdur. Əvvəlcə bir simvol deyilir, sonra o simvolun nə demək olduğunu başa düşürsən. Bir puzzle yığırsan sanki. Daha sonra diqqətimi çəkən əsas məqam bundan ibarətdir ki, yazar xarakterlərini maksimum dərəcədə səmimi göstərməyə çalışıb. Hətta ləhcəylə danışan xarakterlərin sözlərini elə danışdıqları kimi oxucuya təqdim edib. Bir sözlə əsər xoşuma gəldi, daha doğrusu yazar məncə işinə çox ciddi yanaşıb. Ancaq ümumi olaraq bu tip əsərlərə marağım olmadığına görə 10 üzərindən bal versəm yəqin ki, çox yüksək bal vermərəm. Amma mifik qorxu janrında oxumağı sevənlər varsa, əminəm ki, onlar mütləq bu kitabı bəyənəcəklər.
Sancaqlı Kölgələr və Leyla Xuni
Sancaqlı Kölgələr və Leyla XuniXan · Picmus · 201641 okunma
·
85 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.