Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

80 syf.
10/10 puan verdi
Hüseyn Cavid 1910-cu ildə bu əsəri qələmə almışdır. Burada təsvir olunan hadisə Dağıstan həyatı ilə bağlıdır. Əsərin qəhrəmanı Səlma adlı qonaqpərvər, mərd və məğrur bir qadındır. Onun oğlu Qanpolad İsmət adlı çərkəs qızına nişanlıdır. İsməti Orxan adlı biri də sevir, onu nişanlısından ayırıb özünə həmdəm etmək istəyir . Lakin İsmət məhəbbətindən dönmür. Orxanın təhriki ilə Qanpoladı öldürən Murad bilmədən Səlma ananın evinə sığınır. Ana onu qonaqpərvərliklə qarşılayıb himayə edir , amma oğlunun qatili olduğunu biləndə isə intiqam hissi ilə alışıb-yanır. Lakin bir tərəfdən də xalq adət -ənənəsinə uyğun olaraq qonağa hörmət göstərir. İmkan vermir ki onu öldürsünlər. Bu da ananın mənəvi əzab və faciəsinə səbəb olur. Səlma ana "ancaq vicdansızları bəslər dünya " deyib " namərd qonağı" evindən uzaqlaşdırır. Ananın qəlbində mərhəmət hissi qan tökmək ehtirasına qalib gəlir...
Ana
AnaHüseyn Cavid · Qanun Nəşriyyatı · 0156 okunma
·
237 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.