Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

319 syf.
·
Puan vermedi
Bu gün Honoré De Balzac'ın "Vadideki Zambak" əsərini təhlil edəcəm.Ancaq spoilər ola bilər Balzac'ın bu əsəri 1836-ci ildə yayımlanıb.Lakin həmin illərdə heç də diqqətəlayiq görülməyib.Halbuki bir müddət sonra öngörülməyəcək dərəcədə populyarlıq qazandı.Və Balzac'ın əsərinə olan güvəni özünü doğrultdu.Əsər evli bir qadını sevən gənc Felix'in hekayəsindən bəhs edir. İlk öncə qeyd edim ki,kitabın ilk səhifəsindəki "Ruhumun ücra köşelerinde,tıpkı sakin havalarda fark edilen ve fırtına dalgalarının parçalar halinde kumsala fırlattığı o kabuklu deniz ürünleri gibi,gömülmüş,dokunaklı anılarım var" cümləsini oxuyanda "Allahım məni mükəmməl bir hekayə gözləyir "deyə düşünmədən edə bilmədim.Əsər sevgi romanı olmaqdan ziyadə sevgini təsvir edir.Mən hələ bu qədər təsir edən cümlələri bir arada görməmişdim.Elə ən bəyəndiyim detay da necə deyərlər "aşkı aşığın diliyle betimleyeceksin" cümləsinin təsdiqini tapmağım oldu. "Ədəbi dil" deyilən məfhumun haqqını bu qədər qəşəng ancaq Balzac verə bilərmiş.İnsanları deyil,duyğuları təsvir edib.Qarışıq və ruha əzab verən duyğular Balzac'ın qələmi ilə qəddar və oxşayıcı,sadə və bir o qədər də mürəkkəb idi.Hansı ki,Stefan Zweig Balzac haqqında deyib ki, "Balzac insanları bu qədər mükəmməl təsvir edir.Lakin onun insanları və ətrafı müşahidə etmək şansı olmayıb".Buradan təkrar başa düşürük ki,onunku anadangəlmə istedad olub :) Əsərin bəyəndiyim bir digər yanı isə sevgidəki o həyəcanı və gərginliyi,kədəri və sevinci,ehtirası və qayğını hiss etdirə bilməsi idi.Əsərin baş rollarındakı Henriette də,Felix də insanları kifayət qədər yaxşı başa düşür və yeri gələndə onları yönləndirə,idarə edə bilirlər.Ancaq mövzu ikisi olanda niyəsə bu bacarıqları heç var olmamış kimi yox olurdu.Bəs bu nəydi?Sevginin cinsəlliyi yoxsa ruhu?Var olma şəkli yoxsa yox oluşu? Və Felix sevgisini müxtəlif çiçək buketləri göndərməklə ifadə edir.Olduğu təpənin hər tərəfini gəzir,sevgisini ən içdən duyğularla çatdıra biləcək "aracılar" axtarırdı.Hansı ki,həmin "aracılar" Henriette'nin qəlbinə ilmək-ilmək yol tapırdı... Felix'in sevdiyi qadını zanbağa bənzətməsi isə xüsusilə xoş idi.Hansı ki zanbaq saflığı və sevgini təmsil edir.Bununla birgə "qadınlığın" da simgəsidir.Çünkü onun şəkil, rəng fərqliliyi və şirin qoxusu insanların bu çiçəyi bu şəkildə anlamasına səbəb olub.Həm Sezai Karakoç'un da dediyi kimi... Zambaklar en ıssız yerlerde açar Ve vardır her vahşi çiçekte gurur Bir mumun ardında bekleyen rüzgar, Işıksız ruhumu sallar da durur Zambaklar en ıssız yerlerde açar. Ellerin ellerin ve parmakların Bir nar çiçeğini eziyor gibi… Ellerinden belli oluyor bir kadın. İndi isə əsərdəki obrazları incələmək istəyirəm. Felix uşaqlıqdan ailəsi və ətrafı tərəfindən sevilməyən bir uşaq olub.Həyatın ən çətin üzü ilə "sevgisizlik" ilə qarşılaşmışdı.Ona görə də nə qədər böyüsə belə bir yanı həmişə uşaq olaraq qalacaqdı.Ailəsində görmədiyi sevgi və qayğını öz zanbağından istədi.Yəni bu təsvir edilmiş şərait üçün kifayət qədər normal idi.(Onu qeyd edim ki,mən əsərin mövzusunu normallaşdırmıram.Ancaq bu cür klassiklər həmişə mənə maraqlı gəlib.Çünki sevgi romanı olmaqda ziyadə insanların "iç dünyasını" göstərir.Məncə cəmiyyət qınamağa və mühakimə etməyə daima açıq bir "mağazadır".Və bu əsərin mövzusu "çox baha" idi.Sadəcə təsvir edilmiş şəraitdə Felix'in ana sevgisini bəyaz və kökləri sadəcə torpaqda ola biləcək bir zanbaqda görməsinin mənə görə normal olduğunu vurğulamaq istəyirəm) Henriette də bir növ Felix idi.O cismən Henriette,ruhən başqa bir Felix idi :)Ailəsinin tək övladı olan bu qız da anası tərəfindən sevilməmişdi.Sanki dünyaya gəlməyi özü seçmişcəsinə bilmədiyi,anlamadığı bir günahın kəfarətini ödəyirdi.Buna görə də bu aciz qızın dünyasında da qara bir girdab var idi.Ruhundakı qasırğaların gücü,tufanların nəhəngliyi o qədər böyük idi ki.Halbuki bunu sadəcə Henriette görür və hiss edirdi.Hə birdə Felix :) Nə uşaqları,nə həyat yoldaşı,nə də ailəsi onu tanıyırdı.Buna görə Felix'ə qarşı bir şeylər hiss etməsi də mənə görə normal idi. Ancaq düzünü desəm kitabın sonuna qədər Felix'in daha çox sevdiyini düşünürdüm.Deyəsən bu dəfə "fena duvara tosladım". Ancaq yenə də Kontes obrazının hərəkətləri mənə görə doğru deyildi.Özünə əziyyət verməkdən,yoldaşının təhqirlərinə və əziyyətlərinə dözməkdən,uşaqları üçün fədakarlıq etməkdən zövq alırdı.Xarakteriylə birgə ruhunda da çatlaqlar,qırıqlar əmələ gəlirdi.Üstəlik bunları təmir etməyə də çalışmırdı... Belə insanlar digərlərinin həyatında mühüm rol oynadıqları halda özləri yox olurlar.Və bir gün həqiqətən də yox olduqları zaman ətrafda qaranlıq çökür,günəş bir daha heç vaxt əvvəlki kimi parlaq olaraq yüksəlmir.Kontes'in də dediyi kimi "Başkalarının mutluluğu artık mutlu olamayacakların tesellisidir". Ancaq buna baxmayaraq Kontes'in çağırışlarını eşidir,əzablarını duyurdum. Kontes uşaqlarına,Felix'ə,yeri gələndə Kont'a və ən əsası isə özünə haqsızlıq etdi... Lady Dudley isə ən qəribə və iddialı obrazlardan biri idi.Felix'ə qarşı hiss etdiyi şeyin adını "sevgi" qoysa belə bu sadəcə ehtiras idi.Çünki sevən insan bədənə deyil ruha bağlanar.Bir neçə dəqiqə deyil ömür boyu sevdiyi adam üçün eyni şeyləri hiss edər.Halbuki Dudley sadəcə Felix'i əldə etmək istəyirdi."O mənim olmalıdır" düşüncəsi bizim lady'nin amalına çevrilmişdi :) Ancaq təəssüf ki,nə onun nə də ondan sonrakıların buna gücü çatmadı.Felix qəlbini çoxdan bəyaz bir zanbağa vermişdi.. Kont əsər boyu əsəblərimi tarıma çəkən obrazlardan biri idi.Deyəsən yüngül narsist idi :)Axı nə qədər çətin günlər yaşayırsa yaşasın,bunun günahkarı nə uşaqları,nə də yoldaşı idi.Heç günah onun özündə də deyildi.Yaşadığımız dövrü təəssüf ki biz seçə bilmirik.Kont kontesə çox haqsızlıq edirdi.Kontesin ruhundakı ən böyük və ən ağrılı yaraları açan da məhz kont idi.Buna baxmayaraq onu sevirdi.Deyəsən kont "zərər vermədən sevə bilməyən" tiplərin ideal nümayəndəsi idi. Madaleine və Jacques obrazlarının sonları isə qəribə idi.Xüsusilə də Madalienenin...Yazar əsərdə "bir anneni çoçuğundan,bir çocuğuysa annesinden daha iyi kim anlaya bilir?" deyə bir cümlə qurmuşdu.Ancaq yanılmışdı.Henriette qızını tanımırdı.Onun heç nəyi anlamayacağını düşünürək bu balaca qızı gələcəkdə "qəddar" olmağa doğru itələyirdi... Eyni zamanda əsərdə ən qəşəng detaylardan biri də Balzac'ın müxtəlif yaşlardakı qadınları bu qədər mükəmməl təsvir edə bilməsiydi.28 yaşındakı Henriette və 35 yaşındakı Henriette detayları...Və sonda Felix'in sevdiyi qadınla Henriette deyil Nathalie olaraq vidalaşması Bu hekayədə kimin daha çox sevdiyini deyə bilmərəm ;) Ancaq o duyğuları Felix və Henriette ilə birgə biz oxucuların da hiss etdiyini deyə bilərəm))
Vadideki Zambak
Vadideki ZambakHonore de Balzac · Türkiye İş Bankası Kültür Yayınları · 202242,2bin okunma
·
108 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.