Gönderi

208 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Bu kitabda Afrika, Avstraliya və Okiyaniya adalarında yaşayan primitiv xalqların həyatında önəmli yer tutan mövzular muxtəlif alimlər, etnoloqlar tərəfindən araşdırılaraq öyrənilmişdir. Bu mühüm mövzulardan biri qəbilə daxilində İnsest münasibətin yaranmasının qarşısını almaq, bunun üçün qoyulan qadağalar sadalanır. Bu qadağalar Ata və qızı, ana və ogul, bacı və qardaş, kürəkən və qaynana, gəlin və qaynata və. s qan qohumluğu olan birinci dərəcəli ailə üzvləri arasındakı cınsi munasibətin qarşısını almaq üçün qoyulmuşdur. Freud isə bu munasibətin yaranmasina səbəb olan psixoloji cəhətdən izah edib aydinlaşdırır. Bundan başqa əsərdə Totemin yaranması, qəbirlərin hər birinin özünə aid totem seçdiyi obyektə, heyvana qarşı münasibəti, Totemin yaratdığı məhdudiyyətlər, inanclar öz əksini tapıb. Həmçinin dinin kökləri, düşüncənin gücü, animizim, magiya, düşüncələrin qarşılıqlı ziddiyyəti və. s haqqında Freudın psixoloji baxımdan izahlari öz əksini tapıb.
Totem və Tabu
Totem və TabuSigmund Freud · Qanun Nəşriyyatı · 20166bin okunma
·
31 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.