Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

224 syf.
10/10 puan verdi
·
3 günde okudu
Dili sadə, bir o qədər təsirlidir.
Söyüdlü arx, İlyas Əfəndiyevin tanış olduğum ilk kitabıdır, lakin o qədər fərqli hissləri özündə əks etdirən və birnəfəsə oxunula bilən kitabdır ki, əminəm ki, bu yazıçının digər kitablarını da həvəslə alıb, oxuyacam. Kitab, sevgi, mərhəmət, hörmət və.s kimi bir çox insani və öncül hisslərin və keyfiyyətlərin bir insanla bərabər bütöv bir kəndin həyatını necə çiçəkləndirə biləcəyindən bəhs edir. Oxuyarkən, insanda yaxşılığa, yaxşıya, gələcəyə ümid yaranır. Yaşamaq üçün yaratmağın mütləqliyini gözlər önünə sərir. Azərbaycan klassiklərinə nəzər yetirdikdə, mütləq oxumalı olduğunuz romanlardandır deyə bilərəm. Dilinin sadə, bir o qədər anlaşılan və təsirli olması, istənilən insana xitab etməsinə şərait yaradır. Xülasə, mən çox bəyəndim və hər kəsin oxumasını şiddətlə tövsiyə edirəm. Xoş mütaliələr!
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020778 okunma
·
17 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.