Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

384 syf.
8/10 puan verdi
·
Beğendi
·
23 günde okudu
Balaca Qadınlar
Kitabı dünən bitirdim. Və deyə bilərəm ki, bəyənərək sevə-sevə oxudum. Mövzusu haqqında az-çox məlumatım var idi. Amma kitabını oxuyaraq hər bir obrazla ayrı-ayrılıqda tanış olmaq əlbəttə ki, əvəzolunmazdır. Kitabda ataları müharibədə olarkən çoxlu çətinliklərlə üzləşən, kasıblıqla mübarizə aparan 4 bacıdan- Bet, Meq, Co və Emidən bəhs olunur. Nə baş verməsinə baxmayaraq onlar heç vaxt çətinliklərə tabe olmurlar, daim xoşbəxt olmaq üçün bir səbəbləri var..Və bu yolda onların ən böyük yardımçısı anaları Marmi Marçdır. Əslində onların həyat hekayəsindən öyrənməli olduğumuz çox şey var..Mərhəmət, mehribanlıq, yardımsevərlik, nəzakətli olmaq və s. Bacıların hər birinin özünəməxsus xüsusiyyətləri bu obrazlara fərdilik qatır. Mənim ən çox sevdiyim obraz isə Co və onların qonşusu, həmçinin dostları olan Lorens idi. Deyəcəklərim bu qədər.Oxumaq istəyən və ya oxuyan hər bir kəsə xoş mütaliələr...
Balaca Qadınlar
Balaca QadınlarLouisa May Alcott · 013,5bin okunma
·
2 artı 1'leme
·
56 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.