Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

336 syf.
10/10 puan verdi
·
Beğendi
– Bu xalq igid doğmaqdan heç vaxt qısır olmayıb, olmayacaq da.
İlk olaraq qeyd edim ki,Qarabağ mövzusu ətrafında bir çox əsərlər qələmə alınıb. Bu çoxluq gözümüzə şablon kimi görünə bilər. Ancaq "Koramal" əsərində fərqli nüanslar var idi. Yazar Sosialist Rusiyasının Azərbaycanana təsirini Abdulla komandirin və digərlərinin donunda əks etdirir. Bünövrəsi ta əvvəldən qoyulan bu ideologiyanın sonda bizi gətirib çıxardığı vəziyyət isə ortadadır. Diqqətimi çəkən və hətta məni qürrələndirən digər məsələ əsərdəki qəhrəmanların məxüsusi seçilən adları və "Kod adı : Mehdi" nünasi idi. Digər məsələlər isə - döyüş səhnələri,əsirlərlə münasibət və.s reallığın əksi olaraq qalır. Burada digər qeyd olunan məsələ "Qızıl xaç"dan gələn müfəttişlərin rəsmən lal,kar,kor kimi davranması idi ki,bizə kimə güvənib,kimə güvənmək lazım olduğunu açıq-aşkar göstərirdi. Beləcə kitabı oxumaqla tarixi yenidən yaşayacaq və unutmamalı olduğumuzu anlayacaqsınız. Torpaqlar alınmış ola bilər,amma QARI DÜŞMƏN DOST OLMAZ!!!
Koramal
Koramal
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Koramal
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0131 okunma
·
23 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.